Icma.az
close
up
RU
Rusiyada parçalanmış siyasi elita içərisində savaş: Tramp Putini qorusa da, müharibə Kremlin daxilində uduzulur

Rusiyada parçalanmış siyasi elita içərisində savaş: Tramp Putini qorusa da, müharibə Kremlin daxilində uduzulur

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qərb siyasi dairələrindən Rusiyanın siyasi-iqtisadi elitalarına “sizin sərvətiniz artıq dövlətiniz tərəfindən belə, qorunmur” mesajı verilir... Rusiyadan xaricə gizli yollarla kapital axını artıb və elitar qruplaşmalar üçün əsas prioritet artıq “hərbi qələbə” yox, məhz şəxsi varidatın xilas planlarıdır...  

Ukrayna savaşının dayandırılması üzrə danışıqlar, eləcə də, mümkün Putin-Zelenski görüşü və “sülhə yaxınlaşma” mesajları Rusiya üçün siyasi-diplomatik prosesdən daha çox ölkədaxili ictimai destabilizasiya mexanizminə çevrilməyə başlayıb. Belə ki, əgər, son vaxtlara qədər savaş meydanında silahlar danışırdısa, indi Kremldəki kabinetlərdə siyasi elita daxilində maraq toqquşmalarının artıq açıq fazaya keçməkdə olduğu müşahidə edilir. Və bu mərhələdə əsas zərbə Rusiya ordusuna deyil, məhz Putin hakimiyyətinin dayağı olan siyasi-iqtisadi elitaların birliyinə endirilmiş kimi görünür.

Məsələ ondadır ki, son müşahidələr Rusiya siyasi elitasının artıq qətiyyən monolit olmadığı göstərir. Belə ki, Ukrayna savaşı gözlənilənin əksinə olaraq, siyasi elitaları birləşdirmək əvəzinə daha da parçalayıb. Kremlin rəsmi təbliğatı Rusiyanı vahid “milli müqavimət dövləti” kimi təqdim etsə də, əslində, reallıq tamamilə fərqlidir. Belə ki, alternativ məlumat qaynaqlarının iddialarına görə, Ukrayna savaşı uzandıqca, Kreml daxilində siyasi-iqtisadi elita üç əsas qrupa ayrılıb və onların maraqları artıq qətiyyən üst-üstə düşmür.

Maraqlıdır ki, hazırda Rusiya Ukrayna savaşı ilə bağlı mövqeyini “müharibə partiyası”, yəni təhlükəsizlik bloku müəyyən edir. Bu aqressiv bloka Federal Təhlükəsizlik Xidməti (FSB), Müdafiə Nazirliyi, Hərbi-Sənaye Kompleksi və s. sərt xətt tərəfdarları daxildir. Bu qruplaşmanı idarə edənlər savaşın uzadılmasını Rusiya üçün hərbi-siyasi və strateji legitimlik mənbəyi kimi görürlər, geri çəkilməni rejimin zəifliyi sayırlar və Qərblə istənilən kompromisi isə təhlükə hesab edirlər.

Oliqarxların və texnokratların təmsil olunduğu “iqtisadi sağ qalma qrupu”nda enerji, bank sektoru, dövlət korporasiyaları və regional biznes elitalarını nəzarətdə saxlayır. Bu qruplaşmanın təmsilçiləri Rusiyaya qarşı sanksiyalar səbəbilə real kapital itkiləri ilə üzləşiblər, Qərb maliyyə sistemindən tam təcridin geridönməz fəlakət olduğunu anlayırlar. Və ona görə də, Ukrayna savaşının dayandırılması üzrə “sülh prosesi”ni siyasi-ideoloji yox, məhz iqtisadi xilas yolu hesab edirlər.

Nəhayət, “siyasi adaptasiya qrupu” hesab olunan bürokratik elita Prezident Administrasiyası, regional rəhbərlər və siyasi-diplomatik aparatı özündə birləşdirir. Bu qruplaşma Rusiyada hakimiyyətin davamlılığını təmin etmək üçün elastik xarici və daxili siyasi kursun yürüdülməsini istəyirlər. Ona görə də, bürokratik elita kluarlarında prezident Vladimir Putindən sonraya yönəlik siyasi hakimiyyət ssenariləri artıq indidən səssizcə müzakirə olunur və taleyüklü keçid dövrü üçün məhz “Tramp faktoru”nu Rusiyanın əsas “fürsət pəncərəsi” hesab edilir.

Ancaq nə qədər qəribə də olsa, hazırda bu siyasi-iqtisadi qruplaşmalar arasında artıq strateji konsensus yoxdur. “Xarici düşmən” faktoru belə, Rusiyada ölkədaxili parçalanmanı gizlədə bilmir. Çünki ABŞ-ın Tramp administrasiyasının “idarə olunan sülh” mesajları hazırda Rusiya üçün siyasi-diplomatik ümid yeri deyil, məhz elitalar arasında gərginliyi artıran əsas katalizator effekti verir. Və Tramp administrasiyasının ABŞ üçün Rusiyada daha sərfəli hesab etdiyi siyasi hakimiyyət modelinə görə, prezident Vladimir Putin hazırda deviriləcək fiqur yox, məhz “istifadə edilə biləcək lider” sayılır.

Ancaq bu model Rusiyanı iqtisadi baxımdan ikinci dərəcəli gücə, maliyyə baxımından nəzarət olunan obyektə, geosiyasi baxımdan isə Çindən asılı ölkəyə çevirə bilər. Ona görə də, Kreml daxilində maraq toqquşmaları yaşayan siyasi-iqtisadi elita qruplaşmaları “prezident Vladimir Putin hakimiyyətdə qalacaqsa, ancaq Rusiya Ukrayna savaşında və qlobal məkanda məğlub dövlət durumuna düşəcəksə, buna kim məsuliyyət daşımalı olacaq” sualına da cavab axtarmaq məcburiyyətində qalıblar. Və bu mövzu üzrə suallar artıq səssiz xarakter daşımır, daha yüksək səslə müzakirə olunur.

Digər tərəfdən, Rusiyanın dondurulmuş aktivlərinin gələcək taleyinə yönəlik veriləcək beynəlxalq qərarların siyasi-iqtisadi elita qruplaşmaları üçün ortaq “qırmızı cizgi” hesab olunması da istər-istəməz maraq doğurur. Belə ki, prezident Volodimir Zelenskinin dondurulmuş Rusiya aktivlərinin Ukraynanın bərpasına yönəldilməsini tələb etməsi Kremldə daha çox oliqarxlar arasında şok effekti yaradıb. Çünki Rusiyaya qarşı belə bir addım atılarsa, bu, ilk növbədə dövlətlə şəxsi kapital arasındakı “toxunulmazlıq müqaviləsi”ni pozmuş olacaq.

Ona görə də, bu mövzuda Qərb siyasi dairələrində aparılan müzakirələr Rusiya siyasi-iqtisadi elitaları üçün “sizin sərvətiniz artıq Rusiya dövləti tərəfindən belə, qorunmur” mesajının verilməsi anlamı da daşıyır. Bu səbəbdən də, Rusiyadan xaricə gizli yollarla kapital axını artmağa başlayıb, ölkə daxilində investisiya etibarı yox olmaqdadır və elitar qruplaşmalar üçün əsas prioritet artıq “hərbi qələbə” deyil, məhz şəxsi varidatın xilas planlarıdır. Və bu baxımdan, indiki mərhələdə elitar loyallığın siyasi-ideoloji yox, yalnız maddi hesablamalar üzərində qurulması qətiyyən gözlənilməz deyil.

Maraqlıdır ki, rəsmi Kiyevin Rusiya ilə imzalanacaq “sülh planı”nı referendumla legitimləşdirmə ideyası da əslində, Kreml üçün təhlükəlidir. Çünki bu, Ukrayna hakimiyyətinin qərarlarını xalqın mandatı ilə sığortalayır. Buna paralel olaraqsa, Rusiya hər hansı kompromisə gedərsə, ölkə daxilində “elitanın xəyanəti” ilə bağlı iddialar üçün münbit şərait yarana bilər. Ona görə də, hazırda Kremldə “sülh sazişi” imzalandıqdan sonra Rusiya cəmiyyətində Ukrayna savaşının səbəbi və hərbi-siyasi elitanın məsuliyyəti ilə bağlı məsələnin gündəmə gələ biləcəyi Kremli ciddi şəkildə qorxudur. Və bu isə Rusiya kimi avtoritar ölkədə siyasi elitanın toxunulmazlığına sarsıdıcı zərbə deməkdir.

Göründüyü kimi, Rusiya siyasi dairələri “sülh prosesi”ndə nə qədər güzəştsiz mövqe tutmağa çalışsa da, əslində, Ukrayna savaşı cəbhədə deyil, məhz Kremlin divarları daxilində də uduzula bilər. Çünki hazırda Ukrayna müharibəsinin gələcək taleyi yalnız döyüş meydanına bağlı deyil və əsas savaş Rusiyanın artıq parçalanmış siyasi-iqtisadi elita qruplaşmaları arasında gedir.

Rusiya ilə yaxınlaşma görüntüsü verən ABŞ isə bu prosesi məqsədyönlü şəkildə iqtisadi təzyiq və siyasi-diplomatik “sülh” ritorikasını qəlizləşdirməklə, daha da sürətləndirir. Belə anlaşılır ki, Rusiya Ukrayna savaşında formal “hərbi qələbə” ilə çıxsa belə, son nəticədə Kremldəki hakim elita daxili parçalanmanın dərinləşməsi ucbatından məğlub duruma düşə bilər.(musavat.com)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Yanvar 2026 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see232

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see161

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see156

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri