Icma.az
close
up
RU
Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bitir: Ya Ukrayna, ya deportasiya

Rusiyada qanunsuz miqrantlara qoyulan möhlət bitir: Ya Ukrayna, ya deportasiya

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Miqrantlara verilən möhlət sentyabrın 10-da bitir. Rusiyada nəzarət olunan şəxslər reyestrinə daxil edilmiş miqrantların leqallaşdırılması üçün son müddət bu tarixədək uzadılıb. Rusiya Prezidenti Vladimir Putinin 2024-cü ilin dekabrında imzaladığı əvvəlki fərman miqrantlara aprelin 30-na qədər hüquqi statuslarını tənzimləməyi nəzərə tuturdu. Prezident apreldə xarici vətəndaşlara ölkədən çıxmadan sənədlərini rəsmiləşdirmək və statuslarını tənzimləmək üçün möhlət verən uyğun fərman imzalamışdı. Bu fərmana əsasən, əcnəbilərin Rusiyada qalmaları sentyabrın 10-a qədər qanuniləşdirməlidir.

Rusiya 25 ildir mühacir problemi ilə məşğul olur. Federasiyada miqrantlar haqqında qanunvericilik dəfələrlə dəyişdirilib. 2024-2025-ci illərdə bu daha çox baş verib. RF bu qanunda bir çox yeniliklər etsə də, beynəlxalq normaları da pozub. İnsanların təhsil almaq, əmək, müvəqqəti yaşamaq kimi hüquqları ya pozulub, ya da onlara ciddi məhdudiyyətlər qoyulub.

Son dəyişikliklərə qanunsuz miqrasiya ilə mübarizə üçün bu sənədlər qəbul edilib: polisə miqrantların deportasiyası səlahiyyətinin verilməsi, vizasız ölkələr üçün RuID tətbiqi (qeydiyyat forması) vasitəsilə giriş qaydalarının dəyişdirilməsi, həmçinin 2025-ci ildə qüvvəyə minəcək əmək miqrantları və əcnəbilərin müvəqqəti qalması üçün yeni qaydaların tətbiqi.

Bu qaydalar miqrantların nikah və nəqliyyat qeydiyyatı qadağasından tutmuş təkrar pozuntular halında deportasiyaya qədər bütün halları özündə ehtiva edir.

Odur ki, 2025-ci ilin yanvarında qəbul olunan qanun və qaydalarla Rusiyada miqrasiya siyasəti daha da sərtləşdirilmiş sayılır.

Nikah əsasında müvəqqəti yaşayış icazəsinin alınması çətinləşdirilib, rus dilini bilməyən əcnəbi uşaqların məktəblərə qəbulu qadağan edilib. Bununla da bu dili bilməyənlərin onu öyrənməsinə məhdudiyyət qoyulub.

Əvvəllər yalnız məhkəmələr miqrantları deportasiya edirdi. İndi isə bu hüquq polislərə verilib. Yeni qanun bu istiqamətdə polis rejimini gücləndirib.

Bu ilin fevralından Rusiya ərazisində qanunsuz olan əcnəbilərin xüsusi deportasiya rejimi qüvvəyə minib. Deportasiya haqqında qərarları ərazi və nəqliyyat polis bölmələrinin rəisləri, müavinləri, Daxili İşlər Nazirliyinin miqrasiya xidmətlərinin rəhbərləri qəbul edə bilərlər. Əvvəllər polis, o cümlədən xüsusi təyinatlı polis dəstəsi (XTPD - OMON) miqrantlara qarşı qanunsuz davranır, onların hüquqlarını tapdayırdı. Bundan sonra onların törətdiyi bu kimi qanunsuz əməllərə qaydalı don geyindiriləcək.

Viza tələb olunmayan əcnəbilərin Rusiyaya giriş qaydaları dəyişdirilib. İndi onlar səfərdən 72 saat əvvəl RuID tətbiqi vasitəsilə səfərin məqsədi və sənədlər haqqında məlumat təqdim etməli, ərizə göndərməlidirlər. Bununla həm də insanların şəxsi informasiyaları əldə edilir.

Qanunsuz və ya müvəqqəti mühacirlərə bir sıra məhdudiyyətlər tətbiq edilir. Onlar daha çox mühacir ailələrin həyat yoldaşı və uşaqlarından ibarət olur. Məsələn, onlar ictimai iaşə sahəsində çalışa bilməz, nəqliyyat vasitələrini idarə etmək, sürücülük vəsiqəsi almaq və banklarda pul vəsaitlərini idarə etmək hüququndan məhrum olunublar. Müvəqqəti miqrantları ictimai nəqliyyat vasitələrini idarə edə bilməz.

Yeni qaydalara əsasən, Rusiya Federasiyasına vizasız qaydada gələn vətəndaşların müvəqqəti qalma müddəti 90 gündən çox ola bilməz.

Hakimiyyət qanunvericilikdə bir çox dəyişikliklərin edilməsində məqsədin qanunsuz miqrasiyaya qarşı mübarizə olduğunu bildirir. Onun iddiasına əsasən, yeni qaydalar əcnəbi vətəndaşlar və işəgötürənlər üçün miqrasiya proseslərinin təkmilləşdirilməsinə və bəzi hallarda sadələşdirilməsinə yönəlib.

Sentyabrın 10-dək miqrantlar leqallaşma və ya çıxış imkanından istifadə etməsələr, deportasiya olunacaq, yaxud RF-yə girişlərinə qadağa qoyulacaq.

Hüquq pozuntusu törədən və ya Rusiyada qanunsuz qalan miqrantlar xüsusi nəzarət olunan şəxslərin reyestrinə daxil ediləcəklər. Bu, daşınmaz əmlak və nəqliyyat vasitələrinin alınmasına, avtomobil idarə etməyə, kredit götürməyə, nikaha girməyə, yeni bank hesablarının açılmasına və artıq mövcud olan hesablardan ayda 30 min rubldan (630 manat) çox xərcləməyə, həmçinin ölkə ərazisində sərbəst hərəkətə qadağa deməkdir.

Reyestrə düşən, ancaq miqrantlar üçün xüsusi müəssisələrdə, istintaq təcridxanalarında və ya koloniyalarda olmayan əcnəbilər DİN-ə geolokasiya ilə birlikdə fotoşəkil formasında öz olduqları yer haqqında məlumat göndərməli olacaqlar.

Bu normaların dəfələrlə pozulması deportasiya ilə nəticələnəcək. Rusiyadan çıxdıqdan sonra miqrantlar nəzarət olunan şəxslərin reyestrindən çıxarılacaqlar.

Sərhəd xidməti üçün Rusiyaya girişdən imtina əsaslarının siyahısı genişləndirilib.

Rusiya hakimiyyəti qanunsuz miqrantlara qanunvericiliklə qadağan edilmiş xidmətlərin göstərilməsinə görə cərimələr tətbiq edib. Vətəndaşlar üçün cərimə məbləği 2-5 min rubl (40-105 manat), vəzifəli şəxslər üçün - 35-50 min rubl (730-1 040 manat), hüquqi şəxslər üçün - 400-500 min rubl (8 400-10 470 manat) təşkil edir.

Rusiya ərazisində yaşayan keçmiş sovet müttəfiq respublikalarının vətəndaşlarının dəqiq sayı məlum deyil. Məsələn, 2019-cu ildə RF-də 11.6 milyon miqrant yaşayıb, onlarda ölkə əhalisinin 8 faizini təşkil edib. Onların çoxu Mərkəzi Asiya və Cənubi Qafqazdan olduğu deyilir.

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin sözlərinə görə, nəzarət edilən şəxslərin reyestrinə 685 min xarici vətəndaş daxil edilib. Uyğun rəsmilər onların çoxu qadınlar və uşaqlar olduğu bildirir.

Yer gəlmişkən, 2021-ci il əhalinin siyahıyaalınması məlumatlarına görə, Rusiyada 19 644 etnik çinli yaşayır, ancaq mütəxəssislərin qiymətləndirmələrinə görə, çinli miqrantların real sayı 200-400 min nəfər arasında ola bilər. Çünki rəsmi statistika qısamüddətli miqrantları və 2020-ci il siyahıyaalınmasında qeydə alınmayanları həmişə nəzərə almır.

Belə anlaşılır ki, Rusiya çinlilərin hesabına əmək bazarındakı boşluğu doldurmaq niyyətindədir. Çünki 2000-ci illərin əvvəlində də mühacirlərə qarşı rəsmi Moskva sərt tədbirləri həyata keçirməyə başlamışdı. Ancaq onda əmək bazarında yaranmış boşluğa görə, Kreml bu tədbirləri dayandırdı. İndi isə fərqli şərait yaranıb.

Bu sahədə qaydaların yaradılması zahirən normal qarşılana bilər. Ancaq məsələnin mahiyyətində bir sıra mətləblər də gizlənməmiş deyil. Bunları aşağıdakı kimi göstərmək olar:

- Rusiyanın Ukrayna cəbhəsində canlı qüvvəsi çatmır. Ona görə, mühacirlərə vətəndaşlıq vəd edir. Bu baxımdan məlum qanununla bağlı bəzi məqamların reallaşması möhlətinin uzadılması bu məqsədi daşıyır. Qeyd edək ki, Şimali Koreya Rusiya tərəfdə döyüşmək üçün daha altı min əsgər göndərməyi planlaşdırır. Ümumilikdə isə KXDR-in 13 min əsgərinin Rusiya tərəfdən Ukraynada müharibə iştirak etdiyinə dair xəbərlər də var. Belə cəlb etmə Moskvaya heç də ucuz başa gəlmir. Ona görə də belə ehtimal etmək olar ki, ən əlverişli qanunsuz mühacirləri Ukraynada döyüşməyə cəlb etməkdir. Bu məqsədlə qanunsuz mühacirlərə sentyabrın 10-dək möhlət verildiyi də istisna edilmir. İndi növbə onlarındır, ya deportasiya, ya müharibədən sağ qayıtdıqdan sonra vətəndaşlıq;

- polisin qanunsuz əməllərlə məşğul olması üçün şəraitin yaradılması;

- Rusiyada polis rejimi gücləndirilir. Çünki mühacirlər RF vətəndaşlarının mənzil və evlərində kirayədə qalır. Qanunsuz sayılan mühacirləri evində kirayədə saxladıqlarına görə vətəndaşlara təzyiq göstərilə bilər;

- Moskva mühacirlərin adını müxtəlif cinayət əməllərində hallandırmaqla keçmiş müttəfiq respublikalara təzyiqlər edir;

- Rusiya ölkəyə girişi məhdudiyyətləşdirir;

- Xüsusi xidmət orqanlarına cəlb etmək üçün əlavə fürsətin yaradılması;

- Rusiya vətəndaşlarında "skinhedlərin" timsalında saxta vətənpərvərlik ruhunu gücləndirib, mühacirlərə nifrət və kin hissinin təbliğ edilməsi;

- Rusiyadakı sosial, mədəni və s. problemlərin yaranması səbəblərindən bir kimi mühacir məsələsinin qabardılması və s.

Ancaq Rusiyanın keçmiş müttəfiq respublikaların vətəndaşlarına belə münasibəti və ya təzyiqi bumeranq effekti verir. RF baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistanla ölkəsi arasında ticarət dövriyyəsi kəskin azalıb. Onun sözlərinə görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 12.4 milyard dollar təşkil etdiyi halda bu ilin sonunadək bu rəqəmin 6 milyard dollar olacağı gözlənilir.

Odur ki, Rusiyanın qanunsuz mühacirlərə möhləti daha çox onlara ultimatum sayılır. Onun şərtləri qanunda göstərildiyindən başqa belə də ola bilər - Ukraynada döyüşmək, bac xərac vermək...

"Report" informasiya agentliyi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see232

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see228

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see212

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see176

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see168

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see167

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see146

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see140

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see139

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see139

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see135

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see134

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see132

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see129

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see128

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see124

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see120

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri