Rusiyada qarın ağrısından şikayəti olan və illərlə həkimə getməyən qadın böyük problemlə üzləşdi
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın Lipetsk vilayətinin sakini olan qadın bir neçə il ərzində ginekoloq müayinəsindən keçməyib və onun uşaqlıq yolunda nəhəng şiş əmələ gəlib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Lipetsk vilayətinin səhiyyə naziri Anna Markova "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, 45 yaşlı xəstə iki il ərzində qadın sağlamlığı ilə bağlı problemlərdən əziyyət çəksə də, kömək üçün müraciət istəməyə tələsməyib. Həkim qəbuluna düşdüyü zaman isə ona uşaqlıq fibromioması diaqnozu qoyulub və əməliyyat olunması zərurəti yaranıb. Daha bir il yarım qadın cərrahi müdaxilə etməyə cəsarət etməyib, nəticədə isə şiş nəhəng ölçülərə çatıb və qadının həyatına çətinliklər yaratmağa başlayıb.
2025-ci ilin avqustunda Lipetsk Regional Klinik Xəstəxanasının həkimləri onu əməliyyat ediblər.
"Ginekologiya şöbəsinin mütəxəssisləri uğurlu əməliyyat keçiriblər - onlar 30x45 sm ölçülü və təxminən 5 kiloqram ağırlığında nəhəng miomatoz düyün olan uşaqlığı çıxardılar", - deyə Markova bildirib.
Baxış sayı:88
Bu xəbər 22 Avqust 2025 04:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















