Rusiyada qəzaya uğrayan An 24 təyyarəsinin dağıntıları altından cəsədlər çıxarılıb
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Amur vilayətində qəzaya uğrayan "An-24" təyyarəsinin qalıqları altından həlak olanların cəsədləri çıxarılıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsi məlumat yayıb.
İrkutsk vilayətinin rəhbəri İqor Kobzev qəzaya uğrayan "An-24" təyyarəsinin ekipaj üzvlərinin adlarını açıqlayıb. Müvafiq siyahı vilayət qubernatorunun "Telegram" kanalında yer alıb.
Qəzaya uğrayan "An-24"ün ekipaj üzvlərinin siyahısı aşağıdakı kimidir:
1. Təyyarənin komandiri Vyaçeslav İqoreviç Loqvinov, 61 yaş;
2. İkinci pilot Kirill Yevgenieviç Plaksin, 37 yaş;
3. Bortmexanik Vladimir Vadimoviç Voxmintsev, 30 yaş;
4. Bort bələdçisi Anastasiya Sergeyevna Bessmertnaya, 43 yaş;
5. Təyyarə alətləri və elektrik avadanlıqları üzrə texnik Vitali Vladislavoviç Koltunov, 55 yaş;
6. Təyyarə gövdəsi və mühərriklər üzrə texnik Aleksey Viktoroviç Lısenko, 28 yaş.
İqor Kobzev həlak olanların yaxınlarına başsağlığı verib.


