Rusiyada qorxunc hadisə: Pələng insanı parçaladı
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın Primorye diyarının Dalnereçenski rayonunda amur pələngi kişiyə hücum edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Kommersant" nəşri məlumat verib.
Məlumata görə, kişi ölüb. Ölən şəxs gecə saatlarında Zimniki kəndi yaxınlığında balıq tuturmuş.
"Yanvarın 14-də səhər saatlarında ovçuluq müfəttişliyinə Zimniki kəndi ərazisində, Dalnereçenski bələdiyyə dairəsində pələngin insana hücum etməsi barədə xəbər daxil olub. Ovçuluq müfəttişliyi və polis əməkdaşları dərhal hadisə yerinə gediblər. Təəssüf ki, məlumat təsdiqlənib və hadisə yerində insan cəsədi və pələng izləri tapılıb", - deyə regionun meşə təsərrüfatı, ətraf mühitin, təbiətin və təbii sərvətlərin mühafizəsi nazirinin müavini Filipp Şutov bildirib.
Hazırda heyvanın aqressiv davranışının səbəbləri müəyyənləşdirilir.
Baxış sayı:133
Bu xəbər 14 Yanvar 2025 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















