Rusiyada rektor Ana Vətən çağırır abidəsində ekskursiya zamanı faciəli şəkildə ölüb
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Volqoqrad şəhərində "Ana Vətən çağırır" abidəsinə ekskursiya zamanı bir nəfər faciəli şəkildə ölüb.
Oxu.Az "Shot" "Telegram" kanalına istinadən xəbər verir ki, həyatını itirən şəxs Moskva Bədən Tərbiyəsi Akademiyasının rektoru Nikolay Çesnokovdur.
Bildirilir ki, 68 yaşlı Nikolay Çesnokov ekskursiya qrupunun tərkibində abidənin daxilində olub. Onun qəfildən halı pisləşib və rektor huşunu itirib. Hadisə yerinə gələn təcili tibbi yardım xidmətinin əməkdaşları rektorun öldüyünü müəyyən ediblər. İlkin məlumata görə, Nikolay Çesnokov infarktdan keçinib.
Xatırladaq ki, bu gün Rusiyanın Volqoqrad şəhərində "Ana Vətən çağırır" abidəsinin baş hissəsinin daxilində kişi meyiti aşkarlandığı haqqında məlumat yayılıb. Ölümün ilkin ehtimalı kimi, kişinin yıxılaraq həyatını itirdiyi bildirilirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 22 May 2025 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















