Icma.az
close
up
RU
Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir?

Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir?

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Bu ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itiriblər. Digər Səfərovlar məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb.

Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Şahin Şıxlinski sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.

Oktyabr ayında Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi istintaqın Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev, Akif, Ayaz, Bakir, Kamal və Məzahir Səfərovların həbs müddətinin uzadılması barədə vəsatətinin təmin edilməsi barədə qərar çıxarıb. İstintaqın versiyasına görə, 2001, 2010 və 2011-ci illərdə Yekaterinburqda törədilmiş bir neçə qətl və sui-qəsddə iştirak edən azərbaycanlılar 29 dekabr 2025-ci ilə qədər həbsdə qalacaqlar.

Sverdlovsk vilayət məhkəməsi Ural diyarındakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlınskinin həbs müddətinin uzadılması barədə vəkillərinin apellyasiya şikayətini rədd edib. Daha əvvəl Yekaterinburqun Verx-İsetsk rayon məhkəməsi Şahin Şıxlınskının həbsini dekabrın 30-dək uzadıb.

Məhkəmə onun oğlu Mutvalı Şıxlinskinin həbsinə dair qərarı da qüvvədə saxlayıb. M.Şıxlinski bu il dekabrın 14-dək istintaq təcridxanasında qalacaq. O, polis əməkdaşına qarşı zorakılıq tətbiq etməkdə (Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci bəndi) ittiham olunur.

Xatırladaq ki, “Sputnik Azərbaycan”ın Bakıda DİN-in əməliyyatı nəticəsində saxlanılan 5 əməkdaşı zaminə buraxılıb. Bu addımdan sonra Rusiyada saxlanılan azərbaycanlıların azadlığa buraxılması ehtimalları səslənməyə başlasa da, həmyerlilərimiz hələ də həbsdədirlər.

Ölkə.Az xəbər verir ki, Milli Məclisin deputatı Azər Allahverənov Musavat.com-a açıqlamasında bildirib ki, saxlanan şəxslər Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri üzrə istintaqa cəlb ediliblər:

“Təəssüf ki, Rusiyada hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Azərbaycan diasporasının rəhbərləri olan şəxslər bu gün də şübhəli şəxs qismində həbsdə saxlanılırlar. İstintaq davam edir. Qeyri-müəyyən vəziyyət yaranıb. İstintaq komitəsi Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən keçirilən tədbirlər zamanı buraxılan nöqsanlarla bağlı daxili istintaq tədbirləri keçirməkdədir. Bu məsələ bir neçə iş üzərindən kəsişdiyi üçün onların azadlığa buraxılması təmin edilməyib.

Azərbaycan “Sputnik Azərbaycan”ın əməkdaşlarını azadlığa buraxdıqdan sonra Rusiya tərəfinin də analoji addım atması gözlənilirdi. Yalnız bir epizod üzərində Moskvada diaspora fəalımızın azadlığa buraxılması təmin edilmişdi. Digər şəxslərlə bağlı isə qeyri-müəyyənlik hökm sürməkdədir. Bildiyim qədər, aidiyyəti strukturlar arasında müəyyən təmaslar mövcuddur. Düşünürəm ki, əməkdaşlıq sayəsində-Azərbaycan tərəfindən kommunikasiyanın aparılması, məsələlərin nəzarətdə saxlanılması müsbət nəticə verəcək.

Saxlanan şəxslər Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri üzrə istintaqa cəlb ediliblər. Yəqin ki, aidiyyəti strukturlar arasında aparılan danışıqlar günahı sübuta yetirilməmiş şəxslərin azadlığa buraxılması ilə nəticələnəcəkdir. İstənilən halda həssas məsələdir, rəsmi strukturların bu məsələ ilə bağlı açıqlamaları veriləcək şərhlər üçün çox vacibdir. Məlumatlar çox məhdud şəkildə verilir. Yəqin ki, bu, Rusiyada aparılan istintaq tədbirlərinə müdaxilə kimi görünməməsi, yaxud maneə yaratmaması ilə bağlıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Noyabr 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri