Icma.az
close
up
RU
Rusiyada saxlanılan azərbaycanlıların məhkəməsinin VAXTI BİLİNDİ

Rusiyada saxlanılan azərbaycanlıların məhkəməsinin VAXTI BİLİNDİ

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabah Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, proses yerli vaxtla saat 11:00-a (Bakı vaxtı ilə saat 10:00) təyin olunub.

Bildirilib ki, FTX-nin Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 13 nəfər saxlanılıb, onlardan ikisi 2001-ci ildə 4-5 yaşda olması əsas gətirilərək sərbəst buraxılıb.

12:20

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının azərbaycanlı Səfərovlar ailəsinə qarşı keçirilən əməliyyatın bəzi detalları məlum olub.

Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, 2001-ci ildə şəhərin kafelərinin birində əslən Ağdam rayonundan olan Yunis adlı bir nəfərin qətlə yetirilməsi cinayəti ilə bağlı Federal Təhlükəsizlik Xidməti Rusiya İstintaq Komitəsinin əməkdaşları ilə birgə iyunun 27-də səhər saat 5 radələrində Səfərovlar ailəsinin üzvlərinin yaşadıqları 10 mənzilə basqın ediblər. Mənzillərdə olan kişilərin hamısını döyüb maşınlara mindirib polis idarəsinə aparıblar.

Polis idarəsinə aparılan zaman baş vermiş işgəncə nəticəsində iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar həyatlarını itirib. Daha sonra qardaşların əmisi oğlu Kamal Qədimalı oğlu Səfərov da qətlə yetirilib.

Qohumlarının dediklərinə görə, idarədə onlardan 24 il bundan qabaq baş vermiş cinayəti törətdiklərini etiraf etmək tələb olunub.

Saxlanılanlardan üç nəfər - Ayaz Səfərov, Əziz Abbasov və Əhliman Gənciyev ağır vəziyyətdə 36 saylı xəstəxanaya yerləşdirilib.

Saxlanılanların Bakir Mehdi oğlu Səfərov (Azərbaycan vətəndaşı), Asif Möhbalı oğlu Səfərov, Ayaz Möhbalı oğlu Səfərov, Məzahir Möhbalı oğlu Səfərov, Məhəmməd Məzahir oğlu Səfərov və Vüqar Məzahir oğlu Səfərov olduğu bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 İyun 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri