Rusiyada seçkilər zamanı qanun pozuntuları aşkarlanıb
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Rusiyanın Komi Respublikasında seçki məntəqələrindən birində bülletenlərin topa atılması ilə bağlı yayılan məlumatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilovanın sözlərinə görə, sentyabrın 18-də Komidəki seçki məntəqələrindən birində mümkün qanun pozuntusu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, həmin məntəqədə partiyalardan birinin lehinə işarələnmiş təxminən 50 bülleten aşkar edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları doldurulmuş bülletenləri sübut kimi müsadirə ediblər.
Pamfilova bildirib ki, hadisəyə baxmayaraq, Komidə səsvermə prosesi dayandırılmayıb və seçki məntəqəsi saat 20:00-da fəaliyyətini başa çatdırıb.
MSK sədri seçki prosesi zamanı qeydə alınacaq hər hansı qanun pozuntusuna sərt reaksiya veriləcəyini də vurğulayıb.
Qeyd edək ki, Pamfilova daha əvvəl 2026-cı il Vahid Səsvermə Günü çərçivəsində 4,6 milyondan çox seçicinin erkən səsvermədə iştirak etdiyini açıqlayıb.
Rusiyada Dövlət Dumasının yeni tərkibinin müəyyənləşdirilməsi üçün səsvermə sentyabrın 18-dən 20-dək üç gün ərzində keçirilir. Seçkilər nəticəsində parlamentdəki 450 deputat mandatının bölüşdürülməsi müəyyənləşəcək.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 19 Sentyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















