Rusiyada tanınmış sahibkar arvadının bıçaqlanması işi üzrə saxlanıldı
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərində sahibkar İvan Şevıryovun həyat yoldaşı İrina Şevıryovaya hücum edilməsinə dair iş üzrə qadının əri və qayınatası saxlanılıblar.
Oxu.Az bu barədə "Realnoye vremya"ya istinadən xəbər verir. Onların konkret hansı maddə ilə saxlanıldıqları isə açıqlanmayıb.
Şübhəli qismində saxlanılanlar arasında "Avtodor" firmasının təhlükəsizlik xidmətinin rəhbəri Andrey Çerkasin də var. Çerkasinə qarşı adam öldürməyə cəhddə iştirak ittihamı irəli sürülüb.
Ümumilikdə 34 yaşlı qadına hücumda beş nəfər məsuliyyətə cəlb olunub.
Xatırladaq ki, Şevıryova oktyabrın 14-də bıçaqlı hücuma məruz qalmışdı.
Rusiyada tanınmış sahibkar arvadının bıçaqlanması işi üzrə saxlanıldı
Baxış sayı:127
Bu xəbər 18 Oktyabr 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















