Rusiyada Telegram kanallardan birinə məlumat ötürən polislər saxlanılıblar
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın İstintaq Komitəsinin müstəntiqləri ölkədəki "Telegram" kanallarından birinə məlumat ötürən polis əməkdaşlarına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açıblar.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.
"Krasnodar və Krasnoyarsk vilayətlərində, eləcə də Belqorod vilayətində müstəntiqlər əməliyyat bölmələri ilə əməkdaşlıq edərək məxfi məlumatların qanunsuz ötürülməsi hallarını müəyyən ediblər. Daha sonra həmin məlumatlar "Telegram" kanallarından birində dərc edilib", - deyə məlumatda qeyd olunub.
Məlumatda qeyd olunub ki, Rusiya İstintaq Komitəsi açılan cinayət işi çərçivəsində Moskva, Krasnodar və Krasnoyarsk diyarlarında, həmçinin Belqorod vilayətində axtarışlar aparılıb. İstintaq üçün vacib olan əşya və sənədlər götürüldüyü bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 22 İyul 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















