Rusiyada tibbi müayinədən yayınan əcnəbilər cəzalandırılacaqlar
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya Dövlət Dumasına miqrasiya siyasətini təkmilləşdirməyə yönəlmiş qanun layihələri yaxın vaxtlarda təqdim olunacaq.
Redaktor.az "Interfax"a istinadən xəbər verir ki, spiker Vyaçeslav Volodin sosial şəbəkə hesabında bildirib.
Onun sözlərinə görə, Rusiyaya üç aydan çox müddətə gələn bütün xarici vətəndaşlar üçün məcburi tibbi müayinədən keçmə müddəti 90 gündən 30 günə endiriləcək.
Həmçinin təklif edilir ki, tibbi təşkilatlar miqrantda yoluxucu xəstəliyin aşkarlanması ilə bağlı doldurulmuş tibbi müayinə hesabatları barədə Daxili İşlər Nazirliyinə və müvafiq instansiyalara məlumat versinlər.
Tibbi müayinədən yayınan əcnəbi vətəndaşlar üçün cərimə və məhkəmə qərarı ilə deportasiya imkanını nəzərdə tutan inzibati cəzaların tətbiqi nəzərdə tutulur.
Təkliflərə rəsmi sağlamlıq sənədlərin saxtalaşdırılmasına və belə sənədlərin qanunsuz dövriyyəsinə görə cinayət cəzalarının artırılması da daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 08 Yanvar 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















