Rusiyada üç yeniyetmə hərbi sənaye kompleksini partlatmağa cəhd edib
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın Udmurtiya Respublikasının İjevsk şəhərində üç yeniyetmə hərbi sənaye kompleksi obyektini partlatmağa cəhd edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə İstintaq Komitəsi və Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
İstintaqın məlumatına görə, 15, 16 və 17 yaşlı yeniyetmələr messencerdə, ehtimal ki, Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsi ilə yazışıblar. Yeniyetmələrə bomba olan bir anbarın koordinatları verilib. Həmin yeniyetmələr hərbi sənaye kompleksinub nəzarət-buraxılış məntəqəsinə əldə qayırma partlayıcı qurğunu qoymaq istəsə də, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Udmurtiya Respublikasının əməkdaşları tərəfindən saxlanılıb.
Yeniyetmələr həbs edilib, terror aktına cəhd maddəsi ilə cinayət işi açılıb.
Baxış sayı:113
Bu xəbər 02 Sentyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















