Rusiyada Volqoneft212 və Volqoneft239 tankerlərinin kapitanları həbs edildilər
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyada məhkəmə batan "Volqoneft-212" tankerinin kapitanını iki ay müddətinə həbs edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya İstintaq Komitəsinin Krım Respublikası və Sevastopol şəhəri üzrə Baş İstintaq İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunur ki, o, ekipaj üzvünün ölümü ilə nəticələnən dəniz nəqliyyatının təhlükəsizliyi və istismarı qaydalarını pozmaqda ittiham olunur.
"İstintaqın tələbi ilə "Volqoneft-212" neft tankerinin kapitanı dəniz nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozmaqda, ekipaj üzvünün ölümünə səbəb olmaqda təqsirləndirilir", - məlumatda bildirilir.
Öz növbəsində, Kerç boğazında qəzaya uğrayan "Volqoneft-239" tankerinin kapitanı da məhkəmə tərəfindən iki aylıq ev dustaqlığına göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 19 Dekabr 2024 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















