Icma.az
close
up
RU
Rusiyada WhatsApp la zəng vurmaq bloklandı

Rusiyada WhatsApp la zəng vurmaq bloklandı

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyada Telegram və WhatsApp vasitəsilə zənglərə məhdudiyyət qoyulub.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Xidməti (RKN) məlumat yayıb. Qurumun açıqlamasına görə qərar hüquq-mühafizə orqanlarının təqdim etdiyi materiallar əsasında dələduzluq halları ilə mübarizə məqsədilə verilib. Bildirilib ki, vətəndaşların çoxsaylı müraciətləri və araşdırmalar nəticəsində bu messencerlər səsli zənglər vasitəsilə fırıldaqçılıq, pul tələb etmə, diversiya və terror fəaliyyətinə cəlbetmə hallarında əsas vasitələrə çevrilib. Digər funksiyalar isə məhdudlaşdırılmayıb.

Dövlət Dumasının deputatı Anton Nemkin bildirib ki, 2024-cü ildən bəri WhatsApp istifadəçilərinə qarşı dələduz hücumlarının sayı 3,5 dəfə artıb. Onun sözlərinə görə, minlərlə hesab oğurlanıb, bank əməkdaşlarının şəxsiyyətləri saxtalaşdırılıb, fişinq və məlumat oğurluğu halları çoxalıb. Deputat həmçinin vurğulayıb ki, messencerlər uzun illərdir Rusiya qanunvericiliyinə əməl etməkdən imtina edir və qanunsuz materialları silmir.

RKN-in qərarını dəstəkləyən Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Sergey Boyarski, Telegram və WhatsApp sahiblərinin "faktiki olaraq cinayətkarlara yardım etdiyini" deyib.

Rusiya Rəqəmsal İnkişaf Nazirliyi isə açıqlamasında bildirib ki, zənglər yalnız messencerlər Rusiya qanunlarına əməl etdikdən sonra bərpa ediləcək. Komitə sədrinin birinci müavini Anton Gorelkinin sözlərinə görə bunun üçün platformalar Rusiyada hüquqi nümayəndəlik açmalı, RKN və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməli və bütün tələblərə əməl etməlidir.

Qeyd edək ki, Meta şirkəti Rusiyada ekstremist elan olunduğundan WhatsApp üçün bu prosesin daha mürəkkəb olduğu bildirilir. Telegram isə öz növbəsində platformada zərərli fəaliyyətlərə qarşı İT alətləri və moderatorlar vasitəsilə mübarizə apardığını açıqlayıb.

Sosial tədqiqat şirkəti Mediascope-un məlumatına görə, iyul ayında Rusiyada "WhatsApp"ın aylıq auditoriyası 96,2 milyon, "Telegram"ın isə 89,8 milyon nəfər olub. Yerli alternativlər arasında "VKontakte" və "Max" messencerinin populyarlığı artmaqdadır.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Avqust 2025 02:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri