Rusiyada “xarici agentlər” siyahısı yenilənib: məşhurların adı reyestrə salınıb
Icma.az, Reyting.az saytına istinadən bildirir.
Rusiya Ədliyyə Nazirliyi “xarici agentlər” reyestrini yeniləyib. Yeni siyahıya “Lyudi Baykala” nəşri, eləcə də orta nəsil və gənclər arasında geniş izləyici auditoriyasına malik olan “TV2 Media” media layihəsi daxil edilib.
Reyting.az xəbər verir ki, yenilənmiş reyestrə tanınmış alim və siyasi-ictimai xadim, rusiyalı politoloq-şərqşünas Arkadi Dubnov, amerikaşünas-tarixçi İvan Kurilla, müxalif siyasətçi Olqa Kurnosova, iqtisadçı Maksim Mironov və tanınmış hüquq müdafiəçisi, “Çağırışçı Məktəbi”nin rəhbəri Aleksey Tabalovun adları da əlavə olunub.
Ədliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, adları siyahıya salınan şəxslər və qurumlar hakimiyyətin qərarları və dövlətin həyata keçirdiyi siyasətlə bağlı “əsassız məlumatlar” yayıblar.
Qeyd olunur ki, reyestrə daxil edilən təşkilatlar və fərdlər bəzi xarici ölkələrin maraqlarına xidmət etməklə “xarici agentlərlə” əməkdaşlıq ediblər və bunun nəticəsi olaraq Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı mövqe nümayiş etdiriblər.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 17 Yanvar 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















