Icma.az
close
up
RU
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə! Sentyabrın 1 dən yeni QAYDALAR

Rusiyada yaşayan azərbaycanlıların nəzərinə! Sentyabrın 1 dən yeni QAYDALAR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyada miqrasiya qaydalarında ciddi dəyişikliklər edilir. 2025-ci il sentyabrın 1-dən Moskva şəhəri və Moskva vilayətində miqrantlar üçün yeni qaydalar tətbiq ediləcək. Yeni qaydalar əcnəbilərin Rusiyaya girişi, qeydiyyatı, viza və yaşayış icazəsinin alınması, vətəndaşlığa qəbulu və imtahanlarla bağlıdır.

Sentyabrın 1-dən Rusiyaya vizasız daxil olmuş bütün xarici vətəndaşlar məcburi qeydiyyatdan keçəcəklər. Əcnəbilər Moskva "Miqrasiya Mərkəzində" qeydiyyatdan keçməli, proqram quraşdırmalı, biometrik məlumatlara çıxışı təmin etməli və  Geolokasiya izlənməsinə icazə verməli olacaq (Qeydiyyat üçün 90 gün; ünvan dəyişdirildikdə: 3 iş günü müddətində Daxili İşlər Nazirliyinə məlumat verilir).

Miqrantlar pozuntulara görə, müəyyən məsuliyyətlər daşıyacaq. Belə ki, birinci pozuntu zamanı onlar nəzarət edilən şəxslərin reyestrinə daxil ediləcəklər, təkrar pozuntu halı baş verdikdə isə deport olunacaqlar.  

Digər yandan Rusiyanın bir neçə bölgəsində bir patent altında işləmək imkanı təqdim olunur. Sentyabr ayından Rusiyaya hər hansı keçid məntəqəsindən vizasız daxil olmaq üçün əcnəbilər ruID mobil tətbiqi vasitəsilə özləri və səfərlərinin məqsədi haqqında məlumatı əks etdirən ərizə təqdim etməli olacaqlar. Tətbiqdən istifadə edənlər giriş məhdudiyyətlərini yoxlaya və digər xidmətləri ala biləcəklər.

Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixindən etibarən Moskva və Moskva vilayətində xarici vətəndaşlar olduqları yer üzrə deyil, səlahiyyətli təşkilatın ünvanında qeydiyyata alınacaqlar.

Xarici uşaqların məktəblərə qəbulu qaydalarında da müəyyən dəyişikliklər sentyabrın 1-dən qüvvəyə minəcək.

Belə ki, əcnəbi uşaqlar rus dili biliyi üzrə şifahi və yazılı testlərdən keçəcəklər (birinci sinif şagirdləri yalnız şifahi hissədən keçəcək). Məktəbə qəbul olmaq üçün uşaqlar ən azı 3 bal toplamalıdır. İkinci cəhd 3 ay ərzində mümkündür.

Rusiyada işləmək və yaşamaq istəyən əcnəbilərin keçməli olduqları xarici dil, tarix və Rusiya qanunvericiliyinin əsasları kimi rus dilindən imtahanlar üzrə tapşırıqların yerinə yetirilməsi üçün də tələblər dəyişib. 

Modern.az-a açıqlamasında Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov bildirib ki, miqrantların sayının kəskin artması və ölkəyə giriş, qeydiyyatın pozulması, bəzi miqrantlar tərəfindən pozuntuların artması və köhnəlmiş qanunvericilik nəticəsində hökumət son vaxtlar Rusiya Federasiyasında miqrasiya problemlərini sadələşdirmək və həll etmək üçün yeni qanunlar və qaydalar tətbiq edir.

O qeyd edib ki, Rusiyada, xüsusən də paytaxtda yaşayan azərbaycanlılar üzərlərində təzyiq hiss etmirlər:

"Rusiyada yaşayan, xüsusən də paytaxtda yaşayan azərbaycanlılar olaraq üzərimizdə heç bir təzyiq hiss etmirik. Həyat öz axarı ilə davam edir. Rusiya dövləti digər dövlətlər kimi hər il öz miqrasiya qanunlarını təkmilləşdirir. Mən buna sərtləşmə yox, təkmilləşmə deyərdim. Qanuna tabe olan vətəndaşlar sənədlərini vaxtlı-vaxtında qaydasına salırlar və öz əmək, yaxud digər fəaliyyətləri ilə sakit şəkildə məşğul olurlar. Həmçinin biz böyük satış mərkəzlərində, bazarlarda mütəmadi olaraq həm yerlilərimizlə əlaqədə oluruq və onlara konsltativ yardımlar göstəririk. Bu barədə bizə heç bir şikayət daxil olmayıb".

B.Həsənov vurğulayıb ki, yalnız 1-ci sinfə qəbul məsələsində müəyyən problemlər yaşanır: "Bizim Moskva Şəhəri Təhsil Departmenti ilə sıx əlaqələrimiz var. Bu istiqamətdə biz imkan daxilində vaxtaşırı olaraq həmyerlilərimizə yardımlar göstəririk".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2025 05:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri