Icma.az
close
up
RU
Rusiyada yeni avtomobil satışlarında rekord geriləmə gözlənilir

Rusiyada yeni avtomobil satışlarında rekord geriləmə gözlənilir

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın Sənaye və Ticarət Nazirliyi 2025-ci il üzrə ölkədə yeni avtomobil satışlarının təxminən 1,5 milyon ədəd səviyyəsində olacağını gözləyir.

Bizimyol.info xəbər verir ki, bu barədə nazir müavini Albert Karimov Federasiya Şurasında keçirilən dəyirmi masada məlumat verib.

Onun sözlərinə görə, bu göstərici ötən ildəki 1,8 milyonluq satışdan xeyli aşağıdır. Bununla belə, hökumət satış stimulları və istehsal proqramlarında edilən düzəlişlərin bazarı dəstəkləyəcəyinə ümid edir.

Son məlumatlara əsasən, Rusiyada yeni minik avtomobillərinin orta qiyməti oktyabr ayında 8% artaraq rekord həddə — 3,43 milyon rubla (43,5 min dollar) çatıb. Bu, son 25 ildən artıq müddətdə qeydə alınmış ən yüksək göstəricidir.

Eyni zamanda, istifadə olunmuş avtomobillərin orta qiyməti də tarixi maksimuma yüksəlib: oktyabrın yekununda 1,23 milyon rubl ($15,300) təşkil edib. Bu, sentyabrla müqayisədə 2,5%, ötən ilin oktyabrı ilə müqayisədə isə 3% artım deməkdir.

Bundan əvvəl verilən proqnozlara görə, 2035-ci ilə qədər Rusiyada bazarda qalan avtomobillərin cəmi 20%-i xarici istehsalçıların payına düşəcək.

Qeyd edək ki, dörd ilə yaxındır davam edən müharibə və Qərbin sanksiyaları Rusiya avtomobil bazarına ciddi təsir göstərir. Xarici komponentlərin və brendlərin azalması, həmçinin yüksək qiymətlər satışları aşağı salır. Yeni və ikinci əl avtomobillərin qiymətləri rekord həddə yüksəlib, alıcılıq qabiliyyəti isə zəifləyib. Analitiklər proqnozlaşdırır ki, müharibə və iqtisadi məhdudiyyətlər davam etdikcə, bazarda geriləmə uzun müddət davam edəcək.

Nəticə etibarilə, həm geosiyasi risklər, həm də iqtisadi çətinliklər Rusiyanın avtomobil sektorunun yaxın illərdə sabitliyə qovuşmasını qeyri-real edir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 Noyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri