Icma.az
close
up
RU
Rusiyada yeni qadağa: Nağd pul və qızıl çıxarışı dayandırılır

Rusiyada yeni qadağa: Nağd pul və qızıl çıxarışı dayandırılır

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Baş nazir müavini Aleksandr Novak ölkədən mənbəyi bilinməyən nağd rus rublu və qızıl külçələrinin çıxarılmasına qadağa tətbiq ediləcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Novak bu addımın 2026-cı ildə qüvvəyə minəcək “iqtisadiyyatın ağardılması” planının bir hissəsi olduğunu bildirib.

Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında çıxış edən Novak “mənbəyi şübhəli nağd rublun nəzarətsiz şəkildə ölkədən çıxarılmasının qarşısının alınacağını” vurğulayıb. O, həmçinin 2025-ci ildən etibarən qızıl külçə çıxarılmasının da qadağan ediləcəyini söyləyib. Lakin məhdudiyyətlərin dəqiq mexanizmi və nağd pulun mənbəyinin necə yoxlanacağı barədə təfərrüatlar açıqlanmayıb.

Bu qərar Rusiyada qeyri-rəsmi nağd dövriyyənin artmasını göstərən rəqəmlərin fonunda verilib. Federal Gömrük Xidməti bu ilin ilk yarısında vətəndaşlar tərəfindən qanunsuz nağd pul daşınması hallarının rekord səviyyəyə çatdığını, 1 milyard rubldan artıq məbləğin qaçaq yolla çıxarılmağa cəhd edildiyini bildirmişdi.

Mütəxəssislər hesab edirlər ki, bu addımların əsas hədəfi onlayn ticarət platformaları və kiçik pərakəndə satıcılar tərəfindən istifadə olunan “boz” idxal və kargo daşımaları ilə mübarizədir. Lakin logistika şirkəti “Optimalog”un baş partnyoru Georgiy Vlastopulo belə ödənişlərdə nağd çıxışın böyük paya sahib olmadığını, əsasən rəqəmsal yollarla (Alipay kimi) ödəniş edildiyini deyir.

Qızıl çıxarışı ilə bağlı qadağa isə daha əvvəl də müzakirə mövzusu olub. Maliyyə Nazirliyi sentyabrda şəxs başına 100 qramlıq çıxarış limiti tətbiq etməyi planlaşdırdığını açıqlamış, lakin Mərkəzi Bank buna qarşı çıxmışdı. “Zolotaya Plata” investisiya şirkətindən Aleksey Vyazovskiy vəziyyətin ciddiliyini belə izah edib: 

“"Şeremetyevo" və "Vnukovo" hava limanlarında içi külçə dolu çamadanlarla tutulan kuryelər var. 120–150 milyon rubl həcmindən söhbət gedir”. Vyazovskiyin sözlərinə görə, bu qızıl ya qanunsuz yolla çıxarılır, ya da üzərindən vergi ödənilmir və Birləşmiş Ərəb Əmirlikləri bu “qara” qızılın əsas istiqamətidir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri