Icma.az
close
up
RU
Rusiyada yoxa çıxan təyyarə tapıldı Xilas edilən pilotlardan ilk AÇIQLAMA

Rusiyada yoxa çıxan təyyarə tapıldı Xilas edilən pilotlardan ilk AÇIQLAMA

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrın 19-da Rusiyanın Kamçatka vilayətində yoxa çıxan An-2 təyyarəsi tapılıb.

Publika.az xəbər verir ki, bu barədə Kamçatka ərazisinin fövqəladə hallar naziri Sergey Lebedev "VK" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Onun sözlərinə görə, təyyarədə olan iki pilot və sərnişin sağdır.

Nazirin sözlərinə görə, An-2 ekipajı Mi-8 helikopteri ilə Milkovoya təxliyə edilib.

Kamçatkada yoxa çıxan An-2 təyyarəsinin sərnişini və iki pilotu Milkovo kəndindəki xəstəxanaya aparılıb. Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi nümayəndəsi Artem Korenyako özünün "Telegram" kanalında məlumat verib.

Təyyarənin xilas edilən ekipaj üzvləri qəzanın təfərrüatlarını açıqlayıb. Pilotların dediyinə görə, eniş zamanı təyyarədəki alətlər sıradan çıxıb. Güclü duman səbəbindən onlar eniş etdikləri yeri görə bilməyiblər. Eniş anında təyyarə çevrilib. Lakin pilotlar qəza siqnalını işə sala biliblər. Ekipaj üzvləri qarın onları xilas etdiyini və bunun qismət olduğunu qeyd ediblər. Xilasetməni gözləyərkən yemək az olduğundan onlar gündə bir dəfə yemək məcburiyyətində qalıblar.

Dekabrın 20-də xilasedicilər An-2 təyyarəsinin axtarışı zonasında mayakdan radiosiqnal tutmağa nail olublar. Təyyarə bu gün - radarlardan itdikdən üç gün sonra Tundra dağı ərazisində tapılıb.

Xatırladaq ki, An-2 Milkovo-Ossora marşrutu ilə kommersiya yüklərinin daşınmasını həyata keçirirdi. Təyyarədə üç nəfər - iki ekipaj üzvü və bir sərnişin olub. An-2 yoxa çıxmazdan əvvəl qəza sensoru işə salınıb. Həmin vaxt təyyarə 700 metr yüksəklikdə olub.

Ləman

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://publika.az
archiveBu xəbər 22 Dekabr 2024 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri