Icma.az
close
up
RU
Rusiyadakı Azərbaycan oğru dünya sının YENİ LİDERİ

Rusiyadakı Azərbaycan oğru dünya sının YENİ LİDERİ

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyadakı Azərbaycan kriminal aləmində uzun müddətdir davam edən liderlik boşluğu yeni mərhələyə qədəm qoyur. Yerli kriminal qruplar arasında vahid liderin olmaması fonunda Azərbaycan mənşəli kriminal çevrələrin nəzarətinin digər Qafqaz qruplarının əlinə keçməsi təhlükəsi yaranıb.

Modern.az xəbər verir ki, 5 ildən sonra Moskvaya qayıdan çeçen əsilli “qanuni oğru” Əhməd Dombayev (Əhməd Şalinski) artıq Azərbaycan kriminal qruplarının da fəaliyyətinə müdaxilə etməyə başlayıb.

Dombayevin Moskvaya qayıdışı “təntənəli” xarakter daşıyıb. O, paytaxtda çoxsaylı silahlı şəxslərin müşayiəti ilə hərəkət edir. Bildirilir ki, onun ətrafında ən azı 20 nəfərlik mühafizə dəstəsi var. Əhməd Dombayevin bir sıra hallarda Azərbaycan kriminal klanlarının uzun müddətdir nəzarətində hesab olunan məkanlarda göründüyü, həmçinin azərbaycanlı biznesmenlərlə əlaqələr qurduğu iddia edilir. Belə ki, hazırda Rusiyadakı Azərbaycan kriminal aləmində vahid və real təsir gücünə malik liderin olmadığı bildirilir.

 Azərbaycanlı “qanuni oğru” Vaqif Süleymanov uzun müddətdir kriminal proseslərdə əvvəlki təsirini itirib. Onun əsasən vaxtını digər “qanuni oğru” Suren Tavadovla (Surik Andijanski) keçirdiyi iddia edilir.  Digər azərbaycanlı kriminal avtoritetlərdən Taleh Dağlıyev (Tolik Maştağinski) barədə isə onun Federal Təhlükəsizlik Xidmətinin (FTX) göstərişi ilə Pyatiqorsk şəhərinə göndərildiyi və Moskvada görünməsinə icazə verilmədiyi yazılır.

“Kriminal general” kimi təqdim olunan Ulfat Tağıyevin (Rufo Gəncinski) isə Rusiyaya girişinə qadağa qoyulduğu, buna baxmayaraq, bəzi münaqişələri uzaqdan idarə etdiyi iddia edilir. Məlumata görə, son dövrlərdə azərbaycanlı kriminal qruplar arasında “razborka”larda Rusiya-Ukrayna müharibəsinin iştirakçısı olmuş Zaur Əliyevin (Zayka) da adı hallanır.

Bütün bunların nəticəsində Azərbaycan kriminal mühitində vahid mərkəzin olmamasının qarşıdurma riskini artırdığı bildirilir.  Məhz belə bir şəraitdə Əhməd Şalinskinin Moskvaya qayıtması Azərbaycan kriminal qrupları üçün yeni vəziyyət yaradıb. Bildirilir ki, o, müxtəlif azərbaycanlı kriminal qrupları öz nəzarəti altında birləşdirməyə başlayıb.Onun bununla kifayətlənmək niyyətində deyil və növbəti mərhələdə digər Qafqaz kriminal qrupları üzərində də nəzarət yaratmağa çalışacaq.

Əhməd Dombayevin Moskvaya qayıtması isə ayrıca suallar doğurur. Çünki onun Rusiya üzrə federal axtarışda olduğu bildirilir. Buna görə də onun 5 illik fasilədən sonra Moskvaya gəlib açıq şəkildə fəaliyyət göstərməsi və Azərbaycan criminal aləminə nüfuz etməsi planlı addıma bənzəyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Sentyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri