Icma.az
close
up
RU
Rusiyadakı azərbaycanlılara BƏD XƏBƏR Bundan sonra...

Rusiyadakı azərbaycanlılara BƏD XƏBƏR Bundan sonra...

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin xarici vətəndaşların deportasiya olunmasına əsas verən inzibati xətaların siyahısının genişləndirildiyini açıqlayıb. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsindəki müvafiq siyahının ilkin olaraq 22-dən 43 maddəyə qaldırılması planlaşdırılsa da, daxil olan təkliflər əsasında bu rəqəm 45-ə çatdırılıb. Siyahıya əlavə edilən son iki bənd sərhədçiyə itaətsizlik və ayrıseçkilik (İnsanın cinsindən, irqindən, dərisinin rəngindən, milliyyətindən, dilindən, yaşından və dinindən asılı olaraq hüquq və azadlıqlarının pozulması) halları ilə bağlıdır.

Volodin öz "Telegram" kanalında bu addımın ölkədə ictimai təhlükəsizliyin təmin olunmasına və miqrasiya sahəsində nizam-intizamın yaradılmasına xidmət edəcəyini vurğulayıb. Dövlət Duması İnzibati Xətalar Məcəlləsinə təklif olunan düzəlişləri artıq birinci oxunuşda qəbul edib. Yeni qanun layihəsinə görə, miqrantlar Rusiya ordusunu ləkələmə, icazəsiz mitinqlərdə iştirak, sanksiya çağırışları və ərazi bütövlüyünü pozmağa yönəlmiş addımlara görə də ölkədən qovulacaqlar. Siyahıya fövqəladə və hərbi vəziyyət qaydalarını pozma, toy və şənliklərdə havaya atəş açma, polisə itaətsizlik və xırda xuliqanlıq kimi xətalar da daxildir.

Görünən odur ki, Rusiyada miqrantların deportasiya olunması üçün əsasların siyahısı genişləndirilir. Yəni hansı inzibati xətalara görə insanlar deportasiya oluna bilərlər. Marqarita pizza

Rusiyada yaşayan azərbaycanlıları deportasiyası üçün yeni qaydalarda nələrdən daha çox istifadə oluna bilər?

"Yeni Sabah" xəbər verir ki, Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu Musavat.com-a açıqlamasında vurğuladı ki, Rusiyada deportasiya üçün əsasların genişləndirilməsi ilk baxışdan miqrasiya sahəsində nizam-intizamın gücləndirilməsi kimi təqdim olunsa da, hüquqi baxımdan bu dəyişikliklər ciddi müzakirələr doğurur: "Xüsusilə inzibati xətaların sayının əhəmiyyətli dərəcədə artırılması deportasiya institutunun daha geniş tətbiqinə yol aça bilər. Bu da miqrantların fundamental hüquqlarının müdafiəsi baxımından narahatlıq yaradır. Rusiyada yaşayan azərbaycanlılar da digər xarici vətəndaşlar kimi yeni qaydaların təsiri altına düşəcəklər. Ən böyük risk ondan ibarətdir ki, əvvəllər yalnız cərimə və ya inzibati məsuliyyət yaradan bəzi əməllər artıq ölkədən çıxarılma ilə nəticələnə bilər. Xüsusilə, polisə itaətsizlik, icazəsiz aksiyalarda iştirak, sərhəd əməkdaşının göstərişinə əməl etməmək və digər inzibati pozuntuların şərhində subyektiv yanaşma ehtimalı hüquqi müdafiə mexanizmlərinin əhəmiyyətini daha da artırır. Hüquqi dövlət prinsipinə görə, deportasiya yalnız müstəsna hallarda və proporsionallıq prinsipi gözlənilməklə tətbiq edilməlidir. İnsan yalnız kiçik inzibati xətaya görə ailəsindən, işindən və uzun illər yaşadığı mühitdən məhrum edilməməlidir. Əks halda, bu, ailə həyatına hörmət, ədalətli araşdırma və effektiv hüquqi müdafiə hüququ kimi beynəlxalq səviyyədə tanınan prinsiplərlə ziddiyyət təşkil edir".

Hüquq müdafiəçisi soydaşlarımıza çağırış etməyi də unutmadı: "Rusiyada yaşayan azərbaycanlı miqrantlar yeni qaydalar qüvvəyə minəcəyi halda hüquqlarını daha diqqətlə qorumalı, inzibati protokollarla razılaşmadıqda onları məhkəmədə mübahisələndirməli və hüquqi yardım almaq imkanlarından istifadə etməlidirlər. Hər bir deportasiya qərarı fərdi qaydada əsaslandırılmalı və məhkəmə nəzarətindən keçməlidir. Kollektiv və ya avtomatik yanaşma hüquqi baxımdan qəbulolunmazdır.

Bu qanun layihəsinin qəbul edilməsinin əsas səbəbləri isə Rusiyada son illər miqrasiya siyasətinin sərtləşdirilməsi, təhlükəsizlik məsələlərinin ön plana çıxarılması, qanunsuz miqrasiyaya qarşı nəzarətin gücləndirilməsi və dövlətin miqrasiya axınını daha sərt inzibati vasitələrlə tənzimləmək istəyidir. Hakimiyyət bu addımı ictimai təhlükəsizliyin təmin olunması ilə əsaslandırsa da, insan hüquqları müdafiəçiləri belə geniş səlahiyyətlərin ayrı-seçkilik, selektiv tətbiq və miqrantlara qarşı təzyiq riskini artıra biləcəyini vurğulayırlar. Bu baxımdan, qanunun tətbiqində əsas meyar milliyyət deyil, hüququn aliliyi olmalıdır. Rusiyada yaşayan azərbaycanlıların və digər miqrantların qanun qarşısında bərabərliyi, müdafiə hüququ və ədalətli məhkəmə araşdırması tam təmin edilməli, deportasiya isə yalnız kifayət qədər hüquqi əsaslar və obyektiv sübutlar olduqda son tədbir kimi tətbiq edilməlidir. Hüquqi dövlətin əsas prinsipi də məhz budur ki, təhlükəsizlik tədbirləri insan hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına çevrilməməlidir".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 İyul 2026 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri