Rusiyadakı Azərbaycanlıların NƏZƏRİNƏ! Bundan sonra xüsusi vəsiqələr...
Icma.az bildirir, Sonxeber.az portalına istinadən.
Rusiyanın paytaxtı Moskvada miqrantlar üçün şəxsi məlumatları və QR kodu olan xüsusi şəxsiyyət vəsiqələri tətbiq ediləcək.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, şəhərdə miqrantlarla bağlı yeni nəzarət tədbiri həyata keçiriləcək.
Vəsiqədə QR kodun olması səbəbindən onu saxtalaşdırmaq mümkün olmayacaq - bütün məlumatlar Daxili İşlər Nazirliyinin serverlərində saxlanılacaq.
Yenilik polisə əcnəbinin identifikasiyasını sürətləndirməyə, həmçinin onun barmaq izi kimi məcburi prosedurları yoxlamağa imkan edəcək. Sənəd, həmçinin cinayət törətmiş miqrantların axtarışına da kömək edəcək. Vəsiqə Çoxfunksiyalı Miqrasiya Mərkəzində 14 yaşdan yuxarı bütün əcnəbilərə veriləcək.
Xatırladaq ki, dekabrın 1-dən Moskva hava limanlarında Belarus vətəndaşları istisna olmaqla, bütün əcnəbilər üçün biometrik nəzarət tətbiq olunacaq. Eksperimentin nəticələrinə əsasən qanunvericiliyə dəyişikliklər ediləcəyi bildirilib.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 30 Noyabr 2024 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















