“Rusiyadakı övladlarını Azərbaycana gətirmək mənə borc olsun” Xoşqədəmdən Vasifə
Icma.az, Olay.az portalına istinadən məlumatı açıqlayır.
“Rusiyadakı övladlarını Azərbaycana gətirmək mənə borc olsun” - Xoşqədəmdən Vasifə
“Vasif Məhərrəmlinin bütün Rusiyadakı balalarını Azərbaycana gətirmək mənə borc olsun”.
OLAY yazır ki, bu sözləri Əməkdar journalist Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib.
Buna səbəb isə Əməkdar artist Vasif Məhərrəmlinin söylədiyi “Xoşqədəmin bişindiyi dolma qazanda yağın içində üzürdü. Məndə yalandan dedim ki, dolma əladır, çünki biz efirdə idik” sözləri olub.
Bundan sonra Xoşqədəm Vasiflə bağlı bu sözləri dilə gətirib:
“Vasiflə daha əvvəl müqavilə bağlamışdım. Sənin haqqında mənə gələn “Rusiyada uşaqları var” xəbərini efirə çıxartmayacağam. Bu gün Vasifin dediyi “Mənim dolmam qazanda yağın içində üzürdü” sözlərindən sonra müqaviləni pozuram ən qısa zamanda Anya ilə “Səni axtarıram” verilişində görüşərsən. Vasif bilmir kimə ilişib. Bilmir… Nə deyirəm ki, sonra buna görə mənə zəng edərsən”.
Məhərrəmli isə gülərək ironiya ilə“Qızım və oğlum sevinəcək ki, onların Rusiyadan bacı və qardaşı gələcək” deyib.
Müğənnin bu fikirlərinə cavab olaraq Hidayətqızı “İnandırım sizi ki, Vasif Anyanın burnunu görən kimi zəng edəcək və məni gecə yatmağa qoymayacaq”.
Vasif “Mən bu kimi şeylərdən qorxmuram. Mənə görə də narahat olmayın” bildirib.
Xoşqədəm isə “Heç kimin sözünü dinləməyəcəm. Arxayın danışandan bilin ki, nəsə var” sözlərini ifadə edib.
İkilinin yarı zarafat yarı ciddi bu dialoqu sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
Baxış sayı:106
Bu xəbər 03 Fevral 2025 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















