Icma.az
close
up
RU
Rusiyadakı səfirimiz Rasim Balayevin müraciətinə cavab verməyib? (AÇIQLAMA)

Rusiyadakı səfirimiz Rasim Balayevin müraciətinə cavab verməyib? (AÇIQLAMA)

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Azərbaycan Kinematoqrafçılar İttifaqınının sədri Rasim Balayevin məşhur aktyor Ceyhun Mirzəyevin qızı ilə bağlı müraciətini cavabsız qoyub. Bu barədə Qaynarinfo-ya açıqlamasında ittifaqın katibi Əli İsa Cabbarov məlumat verib. 

Onun sözlərinə görə, aktyorun qızı Cəmalə Mirzəyevanın Rusiyada küçələrdə yaşaması və onun qısa zamanda tapılması istiqamətində ittifaqın etdiyi müraciətə səfirlikdən rəsmi cavab göndərilməyib.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi açıqlama yayıb.

Qaynarinfo-ya daxil olan müraciəti təqdim edirik:

"Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində tanınmış rejissor, aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın naməlum taleyi ilə bağlı dərc olunmuş paylaşımlarla əlaqədar məsələnin təfərrüatlarının aydınlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən dərhal Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev ilə əlaqə saxlanılıb. Telefon danışığı zamanı qeyd olunub ki, sözügedən məsələyə dair Azərbaycan Respublikasının səlahiyyətli orqanlarından Səfirliyə hər hansı bir rəsmi müraciət daxil olmayıb.

Eyni zamanda, məsələnin əhəmiyyəti və Azərbaycan ziyalılarının haqlı narahatlığını nəzərə alaraq, Səfirlik tərəfindən cənab Rasim Balayevə Cəmalə  Mirzəyevanın taleyinin aydınlaşdırılmasına köməklik göstərilməsi xahişi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və ölkəmizin digər səlahiyyətli orqanlarına rəsmi sorğuların ünvanlanması tövsiyə olunub.

Cəmalə Mirzəyevanın Rusiya Federasiyasının vətəndaşı olması ehtimalı nəzərə alınaraq, məsələnin həllində Azərbaycan və Rusiya arasında imzalanmış müvafiq saziş və konvensiyaların müddəalarına ciddi riayət edilməsinin zəruriliyi də Səfirlik tərəfindən xüsusi olaraq diqqətə çatdırılıb.

Rasim Balayev, öz növbəsində, bu yanaşma ilə razılaşaraq, onun adından yayılmış paylaşımlardan xəbərsiz olduğunu bildirib və məsələnin həllinə köməklik göstərməyə hazır olduğuna görə Səfirliyə öz minnətdarlığını ifadə edib".

Qeyd edək ki, bir müddət öncə "Ögey ana" və "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın Moskvada küçədə yaşadığını əks etdirən video yayımlanmışdı. Həmin videoya baxan sənət adamları, xüsusən də Ceyhun Mirzəyevin yaxın dostları mətbuata açıqlamalarında problemi diqqətdə saxlayacaqlarını bildirmişdilər. Onlar eyni zamanda Cəmalə Mirzəyevanın tapılması istiqamətində Mədəniyyət Nazirliyinə də müraciət edəcəklərini vurğulamışdılar. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 İyul 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri