Rusiyadakı səfirimiz Yatskin və Karasinlə görüşdü
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev RF Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin və Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasinlə görüşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlığının intensivləşdirilməsi, eləcə də Milli Məclis və Rusiya Federasiyası Federal Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının növbəti iclasının keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin ikitərəfli münasibətlərin aktual məsələləri və regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan səfiri müsahiblərinə Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin gedişi barədə məlumat verib, Ermənistanın normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının yer aldığı və sülh sazişinin imzalanmasına əsas maneə olan müddəaların tezliklə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.
Baxış sayı:44
Bu xəbər 08 Noyabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















