Icma.az
close
up
RU
Rusiyadan açıqlama: Başlayırıq! KONKRET

Rusiyadan açıqlama: Başlayırıq! KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Moskva və İrəvan Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqəli dəmir yollarının iki hissəsinin bərpası ilə bağlı danışıqlara başlayacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Overçuk qeyd edib ki, Rusiya Ermənistan tərəfinin müraciəti əsasında iki dəmir yolu seqmentinin bərpası üzrə danışıqlara başlamaq qərarına gəlib: “Bu hissələr Azərbaycan və Türkiyə ilə dəmir yollarının birləşməsini təmin edəcək”.

O bildirib ki, bərpa olunacaq dəmir yolu hissələrinin ümumi uzunluğu təxminən 1,6-12,4 km təşkil edir. Danışıqlar zamanı layihənin texniki, maliyyə və digər həyata keçirmə modalları müəyyən ediləcək. Overçuk əlavə edib ki, bu bərpa Rusiyaya Azərbaycanın Naxçıvan Muxtar Respublikası, Türkiyə və İranla birbaşa dəmir yolu əlaqəsi yaratmaq imkanı verəcək.

Baş nazir müavini həmçinin söyləyib ki, Cənubi Qafqazda sıradan çıxmış bütün yolların açılması üzərində iş gedir, o cümlədən Rusiya ilə Gürcüstan arasında dəmir yolu əlaqəsinin Abxaziya ərazisindən bərpası imkanları nəzərdən keçirilir. Overçuk vurğulayıb ki, Qafqazda nəqliyyat-loqistika kommunikasiyalarının gücləndirilməsi region ölkələrinin – Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Türkiyə və Rusiyanın sülh, sabitlik və iqtisadi inkişafı üçün həyati əhəmiyyətlidir.

O əlavə edib ki, Rusiya Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üzərində ardıcıl və sistemli iş aparır. Aleksey Overçukun sözlərinə görə, 2025-ci ilin sonunda 1991-ci ildən bəri ilk dəfə olaraq Rusiya və Ermənistan arasında dəmir yolu hərəkəti Azərbaycan və Gürcüstan vasitəsilə bərpa olunub: “Bu birbaşa əlaqə Rusiya mallarının xarici bazarlara çıxışını asanlaşdırıb, regionda nəqliyyat əlaqələrinin daha da inkişafı üçün imkanlar yaradıb”.//Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Fevral 2026 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri