Icma.az
close
up
RU
Rusiyadan Azərbaycana viza rejimi tətbiqi çağırışı

Rusiyadan Azərbaycana viza rejimi tətbiqi çağırışı

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəxtiyar Həsənovun qanunsuz deportasiyasına yalan məlumatlarla haqq qazandırmağa çalışırlar; Moskva–Bakı münasibətlərində yeni gərginlik siqnalı...

Rusiyanın “Svobodnaya Pressa”(SP) nəşri Moskvadakı Azərbaycan diasporasının rəhbəri Bəxtiyar Həsənovun Rusiyadan deportasiya edilməsi barədə geniş yazı dərc edib.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, nəşr iddia edir ki, azərbaycanlılar arasında “dayı Bəxtiyar” kimi tanınan Bəxtiyar Həsənov 2022-ci ildə Moskva Azərbaycan diasporasının rəhbəri seçilib. Onun rəhbərliyi dövründə Azərbaycan diasporasının Rusiyada təsir imkanlarının artdığı, Azərbaycan Mədəniyyət Mərkəzi üçün yeni binanın ayrılmasına nail olduğu bildirilir.

“SP” iddia edir ki, Həsənovun fəaliyyəti təkcə biznes və soydaşlarına yardım məsələləri ilə məhdudlaşmayıb, zaman keçdikcə siyasi və ictimai sahəyə də yayılıb. Nəşrin diqqət çəkdiyi məqamlardan biri Həsənovun Azərbaycan yazıçılarının toplantısını təşkil etməsi və Rusiya mediasında “Azərbaycan məsələsinin” işıqlandırılması ilə bağlı tənqidlər səsləndirməsidir.

Məqalədə Həsənovun Rusiyada ciddi təsirə malik olduğu və rəhbərlik etdiyi diaspor təşkilatının ölkədə aparıcı azərbaycanlı diaspor strukturlarından birinə çevrildiyi iddia edilir. Nəşr onun deportasiya edilməsini isə “qırmızı xətlərin keçilməsi” ilə əlaqələndirir.

“SP” bununla yanaşı, Rusiyada Azərbaycan diasporlarının rəhbərlərinə qarşı digər addımları da xatırladır. Bildirilir ki, iyul ayında Samara vilayətində Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib. Bunun səbəblərinin ictimaiyyətə açıqlanmadığı qeyd olunur.

Nəşr həmçinin 9 iyul 2025-ci ildə Moskva vilayətində Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimovun deportasiya edildiyini xatırladır. Rusiya tərəfinin açıqlamasına görə, deportasiya “Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlərə yol verilməsi” ilə əlaqələndirilib.

Məqalədə Rusiya–Azərbaycan münasibətlərində hazırkı gərginliyin əsas dönüş nöqtələrindən biri kimi Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinin saxlanılması göstərilir. Rusiya hüquq-mühafizə orqanlarının qətl və qətlə cəhd işləri üzrə araşdırma çərçivəsində saxladığı Şahin Şıxlinski və Yusif Xəlilovun adları çəkilir.

Nəşr Rusiya tərəfindən atılan addımlara cavab olaraq Bakının da bir sıra rusiyalı jurnalist və siyasi ekspertlərlə bağlı cinayət təqibi başlatdığını yazır.

Azərbaycan Baş Prokurorluğunun məlumatına istinad edən nəşr Rusiyanın üç vətəndaşının – Rusiya Nəqliyyat Nazirliyi rəhbərinin müşaviri Aleksey Çadayevin, “Moskva 24” telekanalının aparıcısı İvan Knyazevin və politoloq Semyon Uralovun beynəlxalq axtarışa verildiyini bildirir.

Nəşrin yazdığına görə, həmin şəxslər terrora çağırışda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına çağırışda və milli ədavətin qızışdırılmasında ittiham olunurlar. Cinayət işinin əsaslarından biri kimi Uralovun “YouTube” kanalında yayımlanan proqramlarda səsləndirilən fikirlər göstərilir.

“Svobodnaya Pressa” Bakının bu addımını da tənqidi şəkildə qiymətləndirir və Azərbaycan qanunvericiliyinin Rusiyada, Azərbaycan ərazisindən kənarda aparılan siyasi və media müzakirələrinə tətbiq edilməsinin beynəlxalq hüquq baxımından mübahisəli olduğunu iddia edir.

Məqalədə Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanovun fikirlərinə də yer verilir. Kabanov iddia edir ki, Azərbaycan diasporlarının rəhbərləri Rusiyanın iqtisadiyyatına təsir imkanlarını artırıb və sonradan siyasi proseslərə də müdaxilə etməyə başlayıblar.

Kabanovun sözlərinə görə, Moskva üçün əsas problem iqtisadi məsələlərdən daha çox siyasi təsir cəhdləridir. O, Azərbaycanın xarici siyasətində Rusiyadan uzaqlaşaraq Türkiyə və Qərbə yaxınlaşdığını iddia edir.

Politoloq Vadim Truxaçev isə daha sərt mövqe nümayiş etdirərək Rusiyada fəaliyyət göstərən azərbaycanlı diaspor strukturları ilə bağlı viza rejiminin tətbiq edilməsini təklif edir. O, Azərbaycanın xarici siyasətində əsas istiqamətlərin Türkiyə, Böyük Britaniya və müəyyən mənada ABŞ olduğunu bildirir.

Məqalədə Azərbaycan diasporlarının Rusiyanın iri şəhərlərində biznes sahəsində ciddi mövqelər əldə etdiyi də iddia olunur. Nəşr bunu Rusiya hakimiyyətinin uzun müddət diqqətdən kənarda saxladığı proses kimi təqdim edir.

Məqalədən belə aydın olur ki, son baş verənlər Rusiyada Azərbaycan diaspor strukturlarına qarşı daha genişmiqyaslı hücumları yeni başlanğıcıdır. Çünki Moskva ilə Bakı arasında son dövrdə müəyyən diplomatik təmasların və münasibətlərin normallaşdırılması cəhdlərinin olmasına baxmayaraq, diaspor məsələsində Rusiyanın mövqeyində sərtləşmə müşahidə olunur...

Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Avqust 2026 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri