Rusiyadan bölgə ilə bağlı xəbərdarlıq Bu ölkəyə işarə edildi
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Ermənistanın Sünik vilayəti ətrafında gərginlik davam edir. Eyni zamanda Cənubi Qafqazda xarici ölkələrin fəallığı artır”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya müdafiə naziri Andrey Belousov deyib.
O bildirib ki, hazırkı fəallığın məqsədi təhlükəsizliyin gücləndirilməsi yox, həmin ölkələrin təsir dairəsini genişləndirməkdir:
“Bölgədə narahatlıq doğuran digər mühüm amil Ermənistanla Azərbaycan arasında hələ də tam nizama salınmamış münasibətlərdir. Moskva bu məsələdə maraqlıdır və tərəflər arasında sülh sazişinin imzalanmasına hərtərəfli dəstək göstərməyə hazırdır”.
Qeyd edək ki, Belousovun bu açıqlaması birbaşa Fransaya yönəlmiş mesaj kimi dəyərləndirilə bilər. Çünki son vaxtlar Fransanın Zəngəzurda konsulluq açmağa hazırlaşdığına dair məlumatlar yayılıb. Erməni mediasının son xəbərlərinə görə, iyunun 2-də Gorusda Ermənistan-Fransa konfransı keçiriləcək. Həmin gün Zəngəzurda Fransa konsulluğunun açılış mərasimi olacaq.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 28 May 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















