Rusiyadan daha bir vandalizm: türk liderin heykəli məhv edilir VİDEO
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Moskva başqırd irsini məhv etməkdə davam edir.
Bakupost.az xəbər verir ki, Ufada başqırdların hüquqları uğrunda mübarizə aparan ilk Başqırd Respublikasının qurucusu Əhməd Zəki Validinin şəkli tarixi binalardan birinin fasadından çıxarılaraq reklamla əvəz edilib. Bundan əvvəl isə onun Sankt-Peterburq və Sibaydakı büstləri götürülüb, xatirə lövhələri yoxa çıxıb.
İndi daha bir milli simvolun məhv edilməsi - Salavat Yulayevin abidəsinin sökülməsi planlaşdırılır. Heykəlin 2027-ci ilə qədər geri qaytarılacağı vəd edilir, lakin başqırdlar buna inanmırlar. Bundan əlavə, abidənin yerləşdiyi təpənin zirvəsindən 4 metr torpaq qatının kəsilməsi planlaşdırılır, bu isə başqa bir mədəni-irsə təhlükə yaradır.
Qeyd edək ki, Salavat Yulayev başqırd xalq qəhrəmanı və el şairidir. O, çar rejiminə qarşı üsyanların rəhbərlərindən biri olub.
Aysel,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 01 Sentyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















