Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Rusiyadan deportasiya azərbaycanlılar ölkəyə necə qayıtsın?

Rusiyadan deportasiya azərbaycanlılar ölkəyə necə qayıtsın?

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bu il yanvarın 1-dən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib. Bu qaydalara görə, Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gündür. Rusiyada miqrasiya sahəsində yeni qaydaların tətbiqi ilə əlaqədar bu ölkəni tərk etmək istəyən azərbaycanlılar ciddi problemlərlə üzləşiblər. 20-yə yaxın soydaşımız hazırda Mahaçqalada polis bölməsində saxlanılır. Belə ki, onların Rusiyada qalmaq icazəsi başa çatıb. Bir çox şəhərlərə uçuşların dayandırılması və quru sərhədlərin bağlı olması səbəbindən həmin şəxslər Azərbaycana qayıda bilmirlər.

Məlumatlara görə, eyni problemlə üzləşən soydaşlarımızın sayı minlərlədir. Qeyd olunur ki, Rusiya hüquq-mühafizə orqanları azərbaycanlılara təzyiq göstərir, onların ölkəni tərk etməsini tələb edirlər. Hava və quru yollarının bağlı olması isə buna imkan vermir.

Xatırladaq ki, bu il yanvarın 1-dən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib. Yeni qaydalara görə, Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gündür. Qeyd edilən müddət Rusiya qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər. 

Bundan əlavə, Azərbaycan vətəndaşı Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır. 

Sərhədlə bağlı bu problem koronavirus zamanı da yaranmışdı. İndi hansısa variantla bunların həlli mümkünmü?

Təklif olunan variantlar arasında Azərbaycan və Rusiya hökumətləri arasında birbaşa əlaqələr vasitəsilə vətəndaşların qayıdışı üçün müvəqqəti mexanizmlər yaradılması qeyd edilir. Bu, xüsusi təxliyə reyslərinin təşkilini və ya sərhəd keçidləri üçün xüsusi koridorların açılmasını əhatə edə bilər. Belə hallarda Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi və konsulluqları aktiv şəkildə müdaxilə etməli, müvafiq hüquqi yardım və dəstək göstərə bilər. Eyni zamanda mövcud logistika çətinlikləri nəzərə alınaraq, çarter uçuşları təşkil oluna bilər. Bu, Mahaçqala və yaxın şəhərlərdən Azərbaycana uçuşların açılmasını və ya artırılmasını əhatə edə bilər. Yaxud müvəqqəti olaraq Azərbaycan-Rusiya sərhədində xüsusi keçid məntəqələri yaradılaraq, vətəndaşların avtobus və ya fərdi nəqliyyat vasitələri ilə yola düşməsi təmin edilə bilər. Azərbaycan vətəndaşlarına Rusiya qanunvericiliyinin tələb etdiyi miqrasiya prosedurlarını yerinə yetirmək üçün məsləhətlər verilməli, qeydiyyat üçün müvəqqəti hüquqi dəstək göstərilməlidir. Deportasiya riski altında olan şəxslər üçün güzəştlərin tətbiqi və müvəqqəti icazə müddətlərinin uzadılması məqsədilə Rusiya hökuməti ilə müzakirələr aparılmalıdır. Azərbaycan icmalarını məlumatlandırmaq üçün təcili proqramlar həyata keçirilməlidir ki, miqrasiya qanunvericiliyinin dəyişikliklərindən xəbərdar olsunlar və bununla bağlı problem yaşamadan əvvəl önləyici tədbirlər görə bilsinlər. 

Millət vəkili, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Rusiya hökuməti yanvarın 1-dən miqrasiya sahəsində nizam-intizam yaratmaq üçün miqrasiya qanunvericiliyinə müəyyən sərtləşdirici elementlər tətbiq etməyə başlayıb. Bu sərtləşdirici elementlər bilavasitə ölkə ərazisində olma müddəti, sonrakı mərhələdə məktəblərdə təhsil alan uşaqların bir qayda olaraq rus dilində danışması və sairə ilə bağlıdır. Fevral ayından etibarən isə bir neçə struktur inzibati xəta törədənlərin ölkə ərazisindən çıxarılmasına dair qərar qəbul edə bilər. Bu da onu göstərir ki, Rusiya hökuməti ölkə ərazisində yaşayan miqrantlarla bağlı nizam-intizam yaratmaq üçün daha mütəşəkkil qaydada tədbirlər görmək istəyir. Beynəlxalq münasibətlər sistemində paritetlik və qarşılıqlılıq prinsipi mövcuddur. Yəni bu məsələdə qarşı tərəf hansı qaydaları tətbiq edirsə, digər dövlət də həmin ölkənin rezidentlərinə o qaydaları tətbiq etmək hüququna malikdir. Artıq Azərbaycanda da yanvarın 1-dən qəbul edilən yeni qaydaya əsasən Rusiya vətəndaşı ölkə ərazisində 90 gün qala bilər. Əgər həmin ölkənin vətəndaşı Azərbaycanda daha uzunmüddətli qalmaq niyyətindədirsə, 7 gün ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əvvəl bu müddət 15 gün idi. Nəticə etibarilə yeni iki vacib tələb Rusiyada Azərbaycan vətəndaşlarına münasibətdə qüvvəyə minmiş qaydalara adekvat addımdır”. 

Deputat dedi ki, Nazirlər Kabineti yanında müvafiq qərargah həmin şəxslərin quru sərhəddən ölkəyə daxil olmasının təmin edilməsi ilə bağlı qərar qəbul edə bilər:  “Bu məsələlər əsasən dövlət qurumları arasında aparılan müəyyən əlaqələndirmə işləri vasitəsilə öz həllini tapan məsələlərdir. Yəni quru sərhədlər tamamilə bağlıdır və bunlar daxil ola bilməzlər kimi bir yanaşma yoxdur. Çünki biz bilirik ki, zaman-zaman quru sərhədlər üzərindən Azərbaycan vətəndaşlarının ölkəyə girişi təmin edilir. Belə faktlar var. Pandemiyanın tüğyan etdiyi dövrdə tələbələrin Naxçıvan vasitəsilə Türkiyə üzərindən Azərbaycana girişi təmin edilmişdi. Həmçinin Gürcüstandan Azərbaycana vətəndaşlarımızın girişi də həyata keçirilmişdi. Bu məsələ də bu və ya digər formada həll edilə bilər.

İkinci bir yol- adətən belə bir praktika mövcuddur ki, əgər bir ölkənin ərazisində xarici ölkə vətəndaşı qanunsuz miqrant olaraq identifikasiya edilirsə və onun həmin ölkə ərazisində qalması üçün hər hansı bir əsas yoxdursa, o, mütləq deportasiyaya məruz qalır. Bu halda, deportasiya xərcləri əsasən həmin şəxsi aşkarlayan ölkə tərəfindən qarşılanır. Məsələn, Rusiya ərazisində aşkarlanmışsa, Rusiya tərəfi onun təyyarə ilə ölkəsinə qaytarılması üçün xərcləri təmin edir. Bu praktika beynəlxalq müstəvidə geniş şəkildə tətbiq olunan üsullardan biridir. Fikrimcə, Mahaçqalada saxlanılan vətəndaşlarla bağlı məsələ də bu iki üsuldan biri ilə həll edilə bilər".

REAL Partiyasının sədri Natiq Cəfərli bildirib ki, Azərbaycan dövləti ölkə vətəndaşlarının dünyanın istənilən yerindən vətənə gətirilməsi üçün əməli addımlar atmalıdır. Əgər lazım gələrsə, quru sərhədlərin həmin şəxslərin üzünə açılması və onların ölkəyə daxil olmasına şərait yaradılmalıdır: “Bu vətəndaşlarımız Azərbaycan üçün təhlükə mənbəyi deyil. Əksinə, onlar Azərbaycan üçün hətta iqtisadi fürsət mənbəyidir. Çünki onların ölkəyə qayıtması, özləri ilə bir yatırım gətirməsi, kiçik-orta bizneslə məşğul olub, Qarabağa, işğaldan azad olunan rayonlara köçün tərkib hissəsi olması Azərbaycan üçün kifayət qədər üstünlüklər yarada bilər. Biz nədənsə bu məsələdən çəkinirik. Mənə elə gəlir ki, ilk öncə məsələyə yanaşmamızı dəyişməliyik. Rusiyadakı miqrantları təhlükə kimi yox, bir fürsət kimi görmək lazımdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:332
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Yanvar 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri