Icma.az
close
up
RU
Rusiyadan gözlənilən etiraf: Anons verildi, hədəf göstərildi Bu məlumat gizlədilir

Rusiyadan gözlənilən etiraf: Anons verildi, hədəf göstərildi Bu məlumat gizlədilir

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son dövrlərdə NATO ilə Rusiya arasında gərginlik daha da dərinləşir. Alyansın baş katibi Mark Rutte və bir sıra üzv ölkələrin rəhbərləri Rusiyanın mümkün hərbi təhdidləri ilə bağlı ciddi xəbərdarlıqlar səsləndirirlər. Onların fikrincə, Moskva yaxın illərdə Şərqi Avropada təhlükəli hərbi avantüralara başlaya bilər.

Paralel olaraq, Kreml də sərt mövqe nümayiş etdirir. Rusiya Prezidenti Vladimir Putin Ukraynaya göndəriləcək NATO qoşunlarının qanuni hərbi hədəf hesab ediləcəyini söyləyib.

NATO-Rusiya gərginliyi hərbi qarşıdurmaya çevrilə bilərmi? Münaqişə ilə bağlı çağırışlar real təhdid, yoxsa sadəcə siyasi ritorikadır?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Azər Alahverənov deyib ki, NATO ilə Rusiya arasındakı qarşıdurmanın dərinləşdiyi açıq şəkildə görünür:

“Alyans daxilində əsasən Ukraynaya silah göndərilməsi məsələsi gündəmdədir. Lakin NATO üzvü olan dövlətlər qoşunlarını birbaşa Ukraynaya göndərmək niyyətində olmadıqlarını bildiriblər. Bununla belə, müəyyən silahların Kiyevə verilməsinə maraq göstərilir.

Son günlərdə yayılan məlumatlardan biri də Ukraynada NATO-nun bir koordinasiya mərkəzinin yaradılması və ora canlı qüvvələrin göndərilməsi ilə bağlıdır. Bu xəbərlər informasiya səviyyəsində olsa da, Rusiya tərəfi mənfi reaksiya verdi. Kreml tərəfdarları və təbliğatçı blogerlər hətta belə bir addımın Moskvaya qarşı potensial təhlükə yaradacağını və həmin obyektlərin qanuni hədəf ola biləcəyini vurğuladılar”.


Azər Allahverənov

Deputatın sözlərinə görə, əslində, bu prosesdə daha çox təzyiq elementlərindən istifadə olunur.

Rusiya öz davranışı ilə NATO üzvü olan ölkələri daha passiv mövqe tutmağa məcbur etməyə çalışır. Keçmişdə də oxşar hallar yaşanmışdı. Moskva informasiya kanalları vasitəsilə Avropa ictimaiyyətinə mesaj çatdırır, nəticədə bəzi ölkələrin rəhbərlərinin ritorikasında dəyişikliklər müşahidə olunurdu. Yəni Kremlin təbliğatının müəyyən təsiri hiss edilirdi.

Hazırkı vəziyyət bir qədər fərqlidir. Rusiyanın bəyanatlarında açıq deyilir ki, Ukraynada hərbi bazalar və infrastruktur obyektləri vurula bilər və bu, qanuni hədəf hesab olunur. Hətta əvvəllər Ukraynada hərbi təyinatlı yüklər daşıyan qatarların, nəqliyyat vasitələrinin aviasiya zərbələrinə məruz qalması faktları da var idi.

Bütün bunlara baxmayaraq, düşünürəm ki, yaxın perspektivdə NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşma olmayacaq. Çünki bu, böyük faciələrə yol aça bilər. NATO-nun nizamnaməsinə görə, əgər hər hansı üzv ölkə hücuma məruz qalarsa, alyansın digər üzvləri dərhal bu prosesə qoşulmalıdır. Bu isə qlobal miqyaslı müharibə riski deməkdir.

Ona görə də Moskvada “isti başlar”ın səsləndirdiyi bəzi sərt ritorikalara baxmayaraq, real müharibə meydanında NATO ilə Rusiya arasında açıq toqquşmanın baş verməsi inandırıcı deyil. Daha çox sözlü qarşıdurmalar, lokal infrastrukturun, enerji şirkətlərinin və iqtisadi obyektlərin hədəfə alınması mümkündür”.

Politoloq Natiq Mirinin sözlərinə görə, bunlar əsasən sərt ritorikalar və fərziyyələrdir:

“Konkret olaraq, bu gün Rusiya ilə NATO qarşıdurmasından söhbət getmir. Çünki məlumdur ki, alyans şərtlərə əsasən Ukraynaya birbaşa müdaxilə etməyəcək. Yəni, NATO hərbi qüvvələri bu ölkəyə daxil olmayacaq. Nəticə olaraq Rusiyanın da alyansla toqquşmaya getməsinə ehtiyac yoxdur. Çünki Ukrayna NATO üzvü deyil və onun ölkənin ərazisində iştirakı Moskvanın mənfi münasibətinə səbəb olur.

Bugün danışılan atəşkəs və sülh təşəbbüslərindən sonra iki mümkün ssenari var: biri Kiyevə veriləcək təhlükəsizlik zəmanətləri, digəri isə Rusiyanın götürdüyü öhdəliklərlə bağlıdır.

Digər tərəfdən, atəşkəs təmin olunmadan Ukraynaya hər hansı qoşun göndərilməsi ciddi risk deməkdir. Bu addım səhv olardı. Lakin ilk növbədə Ukraynanı dəstəkləyən əsas tərəfdaşlar siyasi baxımdan bu münaqişəni sona çatdırmağa çalışmalıdır. Ancaq bunu reallıqda görmək çətindir. Çünki Rusiyanın son intensiv bombardmanları və xüsusən Kiyevin hədəfə alınması göstərir ki, Kreml müharibəni dayandırmaq niyyətində deyil”.


Natiq Miri

Politoloq bildirib ki, əsas məsələ müharibənin sona çatdırılmasıdır:

“Bunun üçün Msokvaya qarşı birliyin nümayiş etdirilməsi, sanksiyaların gücləndirilməsi və Rusiyanın büdcəsinə ciddi zərbə vuran iqtisadi tədbirlərin tətbiqi vacibdir. Hazırkı mərhələdə Rusiyadan enerji daşıyıcıları alan ölkələrə ikinci dərəcəli sanksiyalar tətbiq edilməli, Ukraynaya isə hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli raket sistemləri və digər hərbi dəstək göstərilməlidir. Rusiyanın itkiləri çoxalmasa, Kreml rəhbərliyi müharibəni dayandırmayacaq. Onlar hələ də inanırlar ki, təkcə Ukraynanı deyil, ona yardım edən qüvvələri də zəiflətmək, beynəlxalq dəstəyi tükəndirmək mümkündür.

Əslində bu, real olmayan bir xülyadır. Çünki artıq Rusiyanın hərbi məqsədlərinə tam çatmayacağı barədə daxildə də anlayış formalaşır. Buna baxmayaraq, Kreml hələ də açıq şəkildə etiraf etmir ki, Rusiyanın irəliləyişi dayanıb. Reallıq isə odur ki, Moskvanın istəklərinə çatması, ən azı Luqansk və Donetsk istiqamətində möhkəmlənməsi üçün azı 4–5 il lazımdır. Amma bu qədər intensiv hərbi əməliyyatların aparılması, hazırkı iqtisadi böhran fonunda ölkəyə böyük maliyyə yükü yaradır.

Nəticə olaraq, yaxın perspektivdə Rusiya Şərqi Avropa ölkələrinə və ya Skandinaviya ölkələrinə hücum edə bilməyəcək. NATO-nun Rusiyaya qarşı duruşu isə daha güclü görünür. Alyansı narahat edən əsas məsələ Rusiyanın Belarusdakı hərbi təlimlərdən sonra Şərqi Avropa ölkələrinə, yaxud digər NATO dövlətlərinə hücum ehtimalıdır. Amma belə bir hücum Moskvanı adekvat cavabla üz-üzə qoyacaq. Məncə, Kreml buna hazır deyil”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2018

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see198

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see178

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see146

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see144

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see133

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see130

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri