Icma.az
close
up
RU
Rusiyadan intihar hücumu: PUA lar sərhədi keçdi, əsas düşmən aktivləşdi

Rusiyadan intihar hücumu: PUA lar sərhədi keçdi, əsas düşmən aktivləşdi

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya pilotsuz uçuş aparatlarının (PUA) Polşanın hava məkanını pozması beynəlxalq təhlükəsizlik gündəmində ciddi narahatlıq doğurur. Hadisə nəticəsində NATO Nizamnaməsinin təhlükəsizlik və xarici təhdidlərə dair məsləhətləşmələrin keçirilməsini nəzərdə tutan 4-cü maddəsinin aktivləşdiriləcəyi gözlənilir.

Polşa hava məkanına qeyri-qanuni daxil olan dronların bir qismini zərərsizləşdirsə də, bu addım NATO ölkəsinin təhlükəsizliyinə təhdid kimi dəyərləndirilir. Analitiklərin fikrincə, Avropa İttifaqının da üzvü olan Polşaya yönəlik istənilən hücum, Moskva üçün ciddi geosiyasi və hərbi risklər yaradır.

Hazırkı gərginlik NATO, Polşa və Rusiya arasında birbaşa hərbi qarşıdurma ilə nəticələnə bilərmi?

Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, NATO daxilində vahid mövqedən danışmaq çətindir:

“Alyansda ciddi fikir ayrılıqları mövcuddur. Üzv ölkələr arasında, hətta ABŞ-la belə zaman-zaman gərginlik yaşanır. Vaşinqton daim Avropa ölkələrindən müdafiə xərclərini artırmağı tələb edir. Bu da alyans daxilində siyasi tarazlığa təsir göstərir.


Kazım Kazımov

Hazırkı şəraitdə Rusiyanın Polşada yeni bir cəbhə açması real görünmür. Onsuz da Ukrayna müharibəsi Moskva üçün böyük itkilərlə müşayiət olunur. Bu fonda Polşa ilə hər hansı münaqişəyə başlamaq Rusiyaya fayda gətirməz, əksinə, vəziyyətini daha da çətinləşdirər.

Həmçinin bu tip hücumların NATO-nun 4-cü maddəsinin aktivləşdirilməsinə səbəb olacağını düşünmürəm. Şərqi Avropa ölkələri, xüsusilə də Baltik və Mərkəzi Avropa dövlətləri, hazırda Kreml ilə birbaşa qarşıdurmaya girmək istəmirlər. Ukraynada müharibə hələ bitməyib və bu reallıq fonunda yeni bir münaqişə ocağının alovlanması ehtimalı zəif görünür”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri