Rusiyadan İrəvana ŞOK Gümrü XƏBƏRDARLIĞI: “Tərk etməyəcəyik”
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopyrkin “Sünyats Yerkir” nəşrinə müsahibəsində bölgədəki mövqelərini və “Tramp yolu” layihəsi ilə bağlı mövqelərini açıqlayıb.
Turkustan.az xəbər verir ki, səfir bildirib ki, Rusiya layihə ilə bağlı qərarını yalnız detallar və tranzit rejimləri dəqiqləşdirildikdən sonra formalaşdıracaq, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü və İran sərhədindəki rus sərhədçilərinin mövcudluğu nəzərə alınacaq.
Kopyrkin xatırladıb ki, 2020–2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan arasında əldə olunmuş üçtərəfli razılaşmalar qüvvədə qalır və Vaşinqton Bəyannaməsi ilə uzlaşdırılması gələcək müzakirələrin mövzusu olacaq. Səfir həmçinin vurğulayıb ki, Rusiyanın iqtisadi iştirakçılığı Ermənistanın sosial və vergi layihələrində əhəmiyyətli rol oynayır və bu sahədə narahatlıq əlaməti yoxdur.
Ən sensasion açıqlama isə Rusiyanın hərbi mövqeyi ilə bağlı olub: Kopyrkin bildirib ki, Rusiya Gümrüdəki 102-ci hərbi bazanı çıxarmağı planlaşdırmır və bölgəni tərk etməyəcək.
O, Cənubi Qafqazın sabitliyində, rifahında və nəqliyyat imkanlarının tam açılmasında Moskvanın maraqlı olduğunu qeyd edib. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 29 Sentyabr 2025 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















