Rusiyadan növbəti manipulyasiya: Azərbaycandan bunu gözləyirik
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Moskva Azərbaycanın Rusiyanın yeni bölgələrini və Krımı (Ukraynanın işğal edilmiş vilayətləri - red.) tanıyacağını gözləyir".
Turkustan.az xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyi məlumat yayıb.
Söhbət Krımla yanaşı, Ukraynanın işğal edilmiş digər vilayətləri Donetsk, Luqansk, Zaporojye və Xersonun Azərbaycan tərəfindən "Rusiya ərazisi" kimi tanınmasından gedir.
Agentliyin əlavə edib: “Necə ki, Rusiya Qarabağ üzərində Azərbaycanın suverenliyini şübhə altına almır”.
Qeyd edək ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edib. Bura Rusiya agentliyi tərəfindən adları çəkilən bölgələr də daxildir. Qarabağın Ukraynanın işğal edilmiş ərazilərinin “tanınması” ilə müqayisə edilməsi yersizdir, Rusiya tərəfindən növbəti manipulyasiya cəhdidir. Çünki burada Azərbaycan Rusiyadan fərqli olaraq işğalçı yox, öz ərazisini azad edən tərəf qismindədir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bunu beynəlxalq ictimaiyyət və BMT, hətta Ermənistan rəhbərliyi belə tanıyır. Necə ki, Donetsk, Luqansk, Zaporojye, Xerson və Krımın Ukrayna ərazisi olduğu beynəlxalq ictimaiyyət və Azərbaycan tərəfindən şübhə altına alınmır. /Teleqraf/


