Rusiyadan nüvə yanacağının alınmasına qadağa qoyulur
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa Komissiyası 2027-ci ildən etibarən Aİ ölkələrinin Rusiyadan qaz idxalına qadağa qoyulmasından sonra nüvə yanacağının alınmasına da analoji məhdudiyyət tətbiq etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anna-Kaysa İtkonen Brüsseldə keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, Rusiyadan nüvə yanacağının idxalına qadağanı nəzərdə tutan sənəd hazırda hazırlanma mərhələsindədir.
“Bu qadağa üzərində iş gedir. Məsələ kifayət qədər mürəkkəbdir, ona görə də sənədin nə vaxt təqdim olunacağını dəqiq demək çətindir. Lakin bu, uyğun vaxtda baş verəcək”, – deyə İtkonen bildirib.
Qeyd olunur ki, Avropa Komissiyası bu addımı Aİ-nin enerji təhlükəsizliyini gücləndirmək və Rusiyadan enerji asılılığını azaltmaq məqsədi ilə atmağı planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 27 Yanvar 2026 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















