Icma.az
close
up
RU
Rusiyadan Paşinyanın son “KTMT açıqlaması”na REAKSİYA

Rusiyadan Paşinyanın son “KTMT açıqlaması”na REAKSİYA

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ermənistanın təhlükəsizliyini ancaq KTMT təmin edə bilər. Gec-tez Ermənistanın KTMT və digər ölkələrlə olan fikir ayrılıqları öz həllini tapacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatı (KTMT) ilə İrəvan arasında münasibətlərə dair son bəyanatını şərh edərkən deyib.
“Prezidentimiz də bu məsələyə dair mövqeyini bildirib. Ümid edirik ki, gec-tez Ermənistanın Rusiya və digər KTMT üzvləri ilə olan fikir ayrılıqları aradan qalxacaq. Mən sadəcə, KTMT-dən başqa xarici təhlükə zamanı Ermənistanın təhlükəsizliyini kimin təmin edə biləcəyini görmürəm”, - deyə rusiyalı senator qeyd edib.

Xatırladaq ki, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bir neçə gün öncə qeyd edib ki, Ermənistanla KTMT arasında münasibətlərin dondurulması ilə bağlı vəziyyətin Qarabağa heç bir aidiyyatı yoxdur.
“KTMT-də iştirakımızın dondurulması kontekstində biz Qarabağ mövzusuna ümumiyyətlə toxunmadıq”, - Paşinyan vurğulayıb.
“Biz bildirdik ki, KTMT-nin fəaliyyətində iştirakımızı dondururuq, bu o deməkdir ki, biz heç bir sənədin işlənib hazırlanmasında və müzakirəsində iştirak etmirik, təklif vermirik, təkliflərə heç bir şəkildə reaksiya vermirik. Biz sadəcə olaraq heç bir sənədə veto qoymuruq. Biz artıq özümüzü KTMT-dən kənarda hesab edirik. Onlar nə istəyirlər, qərar versinlər, biz həmkarlarımıza hörmət edərək onların işlərinə qarışmırıq. Amma yenə deyirəm, bu hadisələrlə onların qarşılıqlı ictimai ifadəsi arasındakı uçurum Ermənistan Respublikasının KTMT-yə qayıtmasını getdikcə çətinləşdirir, hətta mümkünsüz edir. Hesab edirəm ki, biz burada geri dönüş nöqtəsini keçdik”, - Paşinyan vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Dekabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri