Icma.az
close
up
RU
Rusiyadan Qərbin hədəsinə sərt cavab: Bu şəhər atəşə tutuldu, ölənlər var

Rusiyadan Qərbin hədəsinə sərt cavab: Bu şəhər atəşə tutuldu, ölənlər var

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirməsi üçün müəyyən silahlardan istifadəyə icazə verib. Bunun ardınca isə Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Kremlin məlum məlumatlarla tanış olduğunu söyləyib. Peskovun bu “təmkinli” çıxışının ardınca Rusiya ordusu Ukraynanın Odessa şəhərinə ballistik raketlə zərbə endirib. Son məlumata görə, hücum nəticəsində 8 nəfər ölüb, 40-dan çox yaralı var.

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Kənan Novruzov deyib ki, Qərb ölkələrinin Ukraynaya Rusiyanın daxilinə zərbə endirməyə icazə verəcəyi ilə bağlı tez-tez məlumatlar yayılırdı:

“Bu qərar rəsmi təsdiqini tapmayıb. Lakin icazənin verilməsi də təəccüblü hal deyil. Çünki Donald Tramp seçkilərdə qalib gəlib. Bayden administrasiyası vaxtının az olduğunun fərqindədir. Ona görə də əlini tez tutmağa çalışır. Ukraynanın cəbhədə təşəbbüsü ələ keçirməsinə cəhd edir. Bu yalnız Ukraynanın qalibiyyətinə hesablanmayıb. Həmçinin Tramp administrasiyasını daha çətin sınaq qarşısında qoymaq planıdır. Tramp andiçmədən sonra Ukraynaya dəstəyi azaldacaq. Nəticədə Ukraynanı Rusiyanın şərtləri ilə masaya oturmağa vadar edəcək. Bayden Trampı yalançı çıxartmaq üçün bu kimi addımlar atır”.

 Kənan Novruzov

Siyasi şərhçinin sözlərinə görə, həmin qərarın ardınca Rusiyanın daha radikal addımlar atması gözləniləndir:

“Peskovun xəbərdarlığının ardınca Rusiyanın Ukrayna ərazisinə ballistik raketlər atması təsadüfi deyil. Prosesin daha da genişlənəcəyi mümkündür. Görünür, Rusiyanın cavab zərbəsi gecikmədi. Bunun Ukraynanın gözünü qorxutmaq cəhdi olduğunu düşünürəm. Putin göstərmək istəyir ki, əgər kollektiv Qərb Rusiyanın dərinliklərinə zərbə endirməyi planlayırsa, qarşılığında çox sərt cavab görəcək. Bu gərginlik artıq yeni mərhələyə qədəm qoyur”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Noyabr 2024 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri