Icma.az
close
up
RU
Rusiyadan SONUNCU XƏBƏRDARLIQ Ermənistan hakimiyyət çevrilişinin ASTANASINDA

Rusiyadan SONUNCU XƏBƏRDARLIQ Ermənistan hakimiyyət çevrilişinin ASTANASINDA

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Ermənistan Rusiya ilə münasibətlərin pisləşməsinə hesablanmış növbəti addımı atmaq niyyətinə düşüb. Belə ki, Ermənistan hökuməti yanvarın 9-dakı iclasında “Ermənistan Respublikasının Avropa İttifaqına üzv olması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib. Hökumətin iclasında baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistanın Avropa İttifaqına üzvlüyü məsələsi ümumxalq referendumunun keçirilməsi yolu ilə həll edilməlidir.
Qeyd edək ki, sözügedən layihə bir qrup qərbyönümlü qüvvələr tərəfindən başladılıb və bunun üçün 50 min imza toplanıb.
 

MÖVZU İLƏ B AĞLI:
Ermənistanın faşizm SİYASƏTİ – Erməni liderlərinin cinayət ETİRAFLARI – ARAŞDIRMA


Gözlənildiyi kimi, İrəvanın bu istəyi Rusiyada sərt reaksiya ilə qarşılanıb.
Rusiya rəsmiləri bir-birinin ardınca Ermənistanın bu niyyətinin onun xeyrinə olmayacağını bəyan edirlər.
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev RİA Novosti-yə açıqlamasında məsələyə münasibət bildirərkən deyib ki, saqqalını qırxdıran Paşinyan Ermənistanın KTMT-nin üzvü olduğunu xatırlasa, təəccüblənmərəm:
“Yaxud Ermənistan liderlərinin Avropa İttifaqı ilə evlənmək niyyəti fonunda başqa variant var. Aİ ilə birbaşa əlaqə saxlaya bilərsiniz, onlar “cənnətə namizədlər”ə pul və silahla kömək etməyi xoşlayırlar. Avropa İttifaqının arxasında mükəmməl Ukrayna təcrübəsi var”.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk isə qeyd edib ki, Rusiya Federasiyası Ermənistanda Aİ-yə qoşulmaq haqqında qanun layihəsinin müzakirəsinə başlamasını onun Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirir. O bildirib ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlər məhdudlaşdırılarsa, Ermənistanda enerji və ərzaq məhsulları bahalaşacaq. Üstəlik, Ermənistan mallarının ixracı 70-80% azalacaq.
Bu açıqlama onu göstərir ki, Moskva İrəvanın bu niyyətinin reallaşmasına seyirçi qalmayacaq.
Bəs baş verənlər fonunda Ermənistanı nə gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli qeyd edib ki, İrəvanın Aİ-yə üzv olması prosesi yaşanarsa, Rusiya hər bir məqamdan istifadə etməklə Ermənistanda hakimiyyətin devrilməsinə “stavka” edəcək:
“Əslində Ermənistanın Aİ-yə üzvlüyü məsələsi mümkün deyil. Bunun üçün hədəf olaraq Ukrayna, Moldova, Gürcüstanla birlikdə Ermənistanın da 2030-cu ildə Aİ-yə üzvlük məsələsini nəzərdən keçirirlər. İqtisadi qurum olaraq yaradılan Aİ nədənsə genişlənmə siyasətini iqtisadi əsaslarla həyata keçirmir. Qurum üstünlüyü daha çox siyasi maraqlar kontekstinə verir. Bu mənada Aİ-nin Rusiya ilə münasibətlər ortamında İrəvana anti-Rusiya cəbhəsi kimi baxması prosesin mahiyyətini dəyişdirir.
Aİ-yə üzvlüyün sonradan özü ilə NATO-ya üzvlük məsələsini də gündəmə gətirdiyini nəzərə alsaq, bu fonda artıq ideyanın tam şəkildə mahiyyəti ortaya qoyulur”.
Ekspert qeyd edir ki, bu məsələdə həlledici məqam Rusiyanın tutacağı mövqedir:
“Belə bir proses yaşanarsa, Rusiya hər bir formada Ermənistanda hakimiyyətin devrilməsinə “stavka” edə bilər. Moskva bunun baş verməməsi üçün hər cür addıma gedə bilər. Ən azından Gürcüstan praktikasında bunun şahidi olduq. İvanişvili hakimiyyəti yenidən qazandı və Qərbin dəstəklədiyi siyasi qüvvələr məğlubiyyətə uğradı”.      
Rüfət Sultan, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Yanvar 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri