Rusiyadan türk ölkələrinə yeni təhlükə: Hər an baş verə bilər
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
ABŞ-ın Venesuelaya qarşı atdığı addımlar beynəlxalq hüquq müstəvisində ciddi narahatlıq doğurub. Bir dövlətin digər dövlətin ərazisinə hərbi müdaxiləsi və ya suverenliyini hədələməsi BMT Nizamnaməsinin 2-ci maddəsinə ziddir və beynəlxalq hüququn əsas prinsiplərinin pozulması kimi qiymətləndirilir.
Vaşinqtonun Venesuelaya qarşı sərgilədiyi bu mövqe yalnız Latın Amerikası ilə məhdudlaşmaya, eyni zamanda postsovet məkanına da təsir göstərə bilər. Ekspertlər hesab edirlər ki, bu cür presedentlərin Rusiyanı öz maraq dairəsində daha sərt və cəsarətli addımlar atmağa təşviq etməsi, beynəlxalq münasibətlərdə güc faktorunu ön plana çıxarması mümkündür.
Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, yanvarın 3-də ABŞ-ın Venesuelaya qarşı keçirdiyi hərbi əməliyyat BMT Təhlükəsizlik Şurası tərəfindən tənqid olunub:
“İnsan haqları təşkilatları və bir çox ölkələr bunu qanunsuz müharibə aktı kimi qiymətləndirib.
ABŞ-ın hərbi müdaxiləsi və Venesuela Prezidenti Nikolas Maduronun tutulması BMT Nizamnaməsinin 2-ci maddəsinə açıq şəkildə ziddir, həmçinin beynəlxalq hüququn suverenlik prinsipini pozur. Hətta sadə təhdidlər belə bu maddəyə uyğun gəlmir.
Mütəllim Rəhimli
Şübhəsiz ki, Birləşmiş Ştatların bu addımı bütün dünyada sülh və təhlükəsiz həyatın təhdid edilməsidir. Bununla belə, ABŞ rəqibləri üzərində bir sıra üstünlük əldə edə bilib. Əvvəla, Moskvanın Latın Amerikasındakı mühüm müttəfiqini itirməsi Rusiyanın qlobal təsirini zəiflədir. Eyni zamanda, ABŞ-ın yaratdığı bu pis presedent Rusiyaya imkan verəcək ki, Ukrayna, Belarus və Mərkəzi Asiyada daha sərbəst və aqressiv davransın.
Həmçinin beynəlxalq qaydaların zəifləməsi güc hüququnu önə çıxaracaq. Bu da Rusiyanın ambisiyalarını stimullaşdıra və onu cəsarətləndirə bilər.
Bu hadisə həmçinin Rusiyaya qaydaları pozmaq üçün əlavə istinadlar verir. Lakin Venesueladakı itki də Moskvanı daha ehtiyatlı olmağa vadar edə bilər. Ümumilikdə, regionda qütbləşmə və gərginliyin artacağı ehtimalı yüksəkdir”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 08 Yanvar 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















