Icma.az
close
up
RU
Rusiyadan türk ölkəsinə qarşı isterika: hansı haqla “hədələyir”?

Rusiyadan türk ölkəsinə qarşı isterika: hansı haqla “hədələyir”?

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qazaxıstanın öz ərazisində NATO standartlarına uyğun artilleriya mərmiləri istehsal etmək qərarı postsovet ölkələrinə özünün müstəmləkəsi kimi baxan Rusiya rəsmilərinin yeni isterikasına səbəb olub. Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev Qazaxıstanın bu qərarını Rusiyaya qarşı “dostluqdan kənar” addım adlandırıraq, “qardaş kimi görünən respublikanın təkcə rus dilindən deyil, həm də kiril əlifbasından sürətlə necə imtina etdiyini görməməzliyə vurmağa çalışdıqlarını” bəyan edib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.

O bildirib ki, raşizmin “görməmizliyə vurmağa” məcbur qalmasının səbəbi ağlı başında olan hər kəsə məlumdur:

“Rusiya Ukraynada bataqlığa düşüb və digər postsovet respublikalarına qarşı güc nümayiş etdirmək üçün, “Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktovun ifadə etdiyi kimi, resursu yoxdur. Resursun olmaması isə gözlənilən idi. Rusiya ordusu 2025-ci ilin ilk səkkiz ayında 281 mindən çox itki verib. Buraya ölənlər, itkin düşənlər və yaralananlar aiddir. “Yaşamaq istəyirəm” layihəsinin Teleqram kanalında bildirilir ki, müharibənin 2025-ci ilin ilk səkkiz ayı ərzində Rusiya ordusunun 86 744 əsgəri, o cümlədən 1 583 zabiti öldürülüb. Təxminən 34 000 nəfər itkin düşüb, 158 500 nəfər isə yaralanıb. Bundan əlavə, 13 145 texnika bərpa oluna bilməyəcək şəkildə məhv edilib, ümumiyyətlə isə 48 000-dən çox texnikası hədəf olub. Putinin “xüsusi hərbi əməliyyat” adı verdiyi cinayətkar müharibənin başlandığı 24 fevral 2022-ci ildən bu günə Rusiyanın itkiləri 1.2 milyon nəfərə yaxınlaşır.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib ki, bu il 400 mindən çox şəxs müqavilə bağlayaraq hərbi hissələrə daxil olub, 34 min nəfər isə könüllü birləşmələrə cəlb olunub. Medvedyevin açqladığı məlumata görə, ötən 2024-cü ildə təqribən 450 000 şəxs müqavilə bağlayıb, daha 40 000 nəfər könüllü birləşmələrə qoşulub. Putinin bir neçə ay əvvəl açıqladığı bir məlumatda isə qeyd edilirdi ki, hər ay 50-60 min şəxs müqavilə imzlayaarq “xüsusi hərbi əməliyyatlara” qoşulur. Belə çıxır ki, müharibə başlayandan ən azı 2.3-2.7 milyon insan müharibəyə cəlb olunub. Rusiyanın rəsmi məlumatına görə, hazırda Ukraynaya qarşı döyüşən ordunun sayı 710 min nəfər təşkil edir. Bu rəqəmlərin anlaizi Rusiyanın itkilərinin fəlakətli miqyasını aydın göstərir.

Rusiya fəlakətli itkilər verdiyinə görə “qardaş kimi görünən respublikanın təkcə rus dilindən deyil, həm də kiril əlifbasından sürətlə necə imtina etdiyini görməməzliyə vurmağa çalışmağa” məcburdur”.

Politoloqun fikrincə, raşizmin Ukrayna və Azərbaycandan sonra ən böyük düşmən olaraq gördüyü Qazaxıstanın öz ərazisində NATO standartlarına uyğun artilleriya mərmiləri istehsal etmək qərarı çox doğru bir qərardır:

“Qazaxıstan özünün silah-sursat təchizatını təmin etmək üçün ASPAN milli layihəsinin bir hissəsi olaraq təkcə Rusiya dizaynlı deyil, həm də NATO standartlarına uyğun artilleriya sursatları və minalar istehsal edəcək dörd hərbi fabrik tikmək qərarına gəlib və bu məqsədlə təxminən 1 milyard dollar xərcləyəcək. Bu, həm də gələcəkdə Qazaxıstanın silah ixracatçısına çevrilməsinə imkan verəcək.

Türk Dövlətləri Təşkilatının gələcəyi və ümumiyyətlə türk xalqlarının gələcəyi əsasən Azərbaycanın bütövləşməsindən və Qazaxıstanın güclənməsindən asılıdır. Ona görə də Qazaxıstanın raşizm qarşısında müdafiəsi Azərbaycanın maraqlarının müdafiəsi qədər önəmlidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 Dekabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri