Rusiyadan Xəzəryanı bölgələrlə bağlı mühüm açıqlama: 2026 cı ildə 5 ölkə ilə...
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya 2026-cı ildə Xəzəryanı beş dövlətə, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanla dostluğun, tərəfdaşlığın və mehriban qonşuluq ruhunun möhkəmlənməsini arzuladığını bəyan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Putinin xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Udoviçenko deyib.
“Qoy 2026-cı il Xəzəryanı beş ölkə arasında dostluğun, tərəfdaşlığın və əməkdaşlığın möhkəmlənməsi ilə yadda qalsın, etimad və mehriban qonşuluq ruhu isə ölkələrimizin və xalqlarımızın rifahının əsasına çevrilsin”, — deyə Udoviçenko bildirib.
O, əlavə edib ki, Rusiya qarşılıqlı hörmətə və ümumi rifaha canatma prinsipinə əsaslanan Xəzəryanı “beşlik” ölkələri arasında əməkdaşlığı yüksək qiymətləndirir.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 31 Dekabr 2025 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















