Icma.az
close
up
RU
Rusiyalı deputat: Bakı mənə həyata vəsiqə verib

Rusiyalı deputat: Bakı mənə həyata vəsiqə verib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moskva, 2 may, AZƏRTAC

Anatoli Voronovski “Vahid Rusiya” partiyasından RF Dövlət Dumasının deputatı, parlamentin nəqliyyat və nəqliyyat infrastrukturu Komitəsinin üzvüdür. Bakıda dünyaya gələn siyasətçi hazırda aktiv surətdə beynəlxalq logistikanın inkişafı məsələləri üzərində işləyir, Azərbaycan Respublikası parlamenti ilə əlaqələr üzrə qrupun fəaliyyətində iştirak edir.

Rusiyalı deputat AZƏRTAC-a müsahibəsində RF ilə Azərbaycan Respublikası arasında nəqliyyat əlaqələrinin perspektivlərindən, beynəlxalq dəhlizlərin, xüsusən “Şimal-Cənub” marşrutunun inkişafından bəhs edib, həmçinin iki ölkənin humanitar və parlamentlərarası əlaqələrinin vacibliyini vurğulayıb.

- Anatoli Vladimiroviç, siz Bakıda anadan olmusunuz. Qəlbinizdə doğma şəhərinizlə bağlı hansı xatirələr qalıb?

- Mən Sovet İttifaqında doğulmuş adamam. SSRİ-nin tərkibində olan bütün İttifaq respublikaları mənim vətənim olub və belə olaraq qalır. Mən Bakıda doğulub boya-başa çatmışam, həm orta məktəbdə, həm də S.M. Kirov adına Xəzər Ali Hərbi Dənizçilik Məktəbində təhsil almışam.

Bakı mənə həyata vəsiqə verib. Mənim babam və nənəm orada dəfn olunub və onlarla bağlı çox səmimi xatirələrim var. Müharibədən sonra babamı Xəzər Donanmasına göndərdilər, sonra ağac emalı sexinə rəhbərlik etdi. Azərbaycan mənim ikinci vətənimdir və mən həmişə oraya böyük həyəcan hissi ilə qayıdıram, xüsusən də əcdadlarımın xatirəsini ehtiramla yad edirəm.

– Bu gün Azərbaycan sizin üçün şəxsi hisslər və peşəkar fəaliyyət baxımından nəyi ifadə edir?

– Azərbaycan mənim həyatımda xüsusi yer tutur. Mən bu gün Dövlət Dumasının deputatı kimi Rusiya-Azərbaycan münasibətlərinin inkişafını maraq və hörmətlə izləyirəm. Ölkələrimiz arasında güclü qarşılıqlı anlaşma mövcuddur və mən Bakıda doğulmuş bir insan kimi, bu prosesin bir hissəsi ola bildiyim üçün şadam.

– Siz Milli Məclislə əlaqələr üzrə deputat qrupunun üzvüsünüz. Bu gün bu qrupun üzləşdiyi problemlər hansılardır?

– Əsas vəzifə parlamentlərarası dialoqu inkişaf etdirmək, etimadı gücləndirmək və birgə həll yollarını hazırlamaqdır. Biz müxtəlif sahələrdə - iqtisadiyyatdan tutmuş mədəniyyət və təhsilə qədər qarşılıqlı fəaliyyət göstəririk. Bu, bir-birimizi eşitməyə və konkret təşəbbüsləri irəli sürməyə imkan verən canlı, işlək formatdır.

– Qlobal dəyişikliklər kontekstində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Rusiya və Azərbaycan bu layihədə hansı rolu oynayır?

- Bu dəhliz strateji bir arteriyadır. Bu layihədə həm Rusiya, həm də Azərbaycan əsas rol oynayır. Azərbaycan Şimalla Cənub - Rusiya, İran və Körfəz ölkələri arasında logistika əlaqəsini təmin edir. Bu, təkcə nəqliyyat deyil, iqtisadi dayanıqlığın və qarşılıqlı inteqrasiyanın əsasıdır.

– Sizcə, Rusiya ilə Azərbaycan arasında logistika sahəsində əməkdaşlığı hansı əlavə tədbirlər gücləndirə bilər?

– Hesab edirəm ki, dəmir yolu rabitəsini, xüsusən də sərnişin rabitəsini daha fəal inkişaf etdirmək və bərpa etmək lazımdır. Sovet dövründə bu əlaqə yaxşı qurulmuşdu, hazırda həmin rahat marşrutları qaytarmaq lazımdır. Yaxşı olardı ki, Azərbaycan vətəndaşları rahatlıqla bizim kurortlara, bizimkilər isə Bakıya və Azərbaycanın digər şəhərlərinə gələ bilsinlər. Turizm və logistika paralel şəkildə inkişaf etməlidir.

– Bakıya və sizin üçün doğma olan yerlərə yenidən səfər etmək planınız varmı?

- Əlbəttə. Bu yerlər həmişə məni özünə çəkir. Mən dədə-babalarımın məzarlarını ziyarət edirəm, imkan olsa, mütləq yenə gələcəyəm. Bakı mənim həyatımın başlanğıcıdır. Azərbaycana hər səfər mənim üçün sadəcə bir səyahət deyil, həm də özümə qayıdışdır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri