Rusiyalı deputat Renault loqosunu faşist simvolları ilə eyniləşdirməyi təklif etdi
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet Fransanın "Renault" avtomobil şirkətinin loqotipini faşist simvolları ilə eyniləşdirməyi təklif edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS məlumat verir.
Bildirilir ki, bu yolla deputat avtomobil istehsalçısının Ukraynada PUA (pilotsuz uçuş aparatı) istehsalına başlamaq niyyətində olduğu barədə məlumatı şərh edib.
"Təklif edirəm ki, Ukraynada pilotsuz uçuş aparatlarının istehsalına başlayacağı təqdirdə, "Renault" loqotipi qadağan olunmuş faşist simvolları ilə eyniləşdirilsin. Bu, avtomobil istehsalçısının Rusiyada fəaliyyətinin bir növ bloklanması ola bilər", - deyə Şeremet qeyd edib.
Xatırladaq ki, daha əvvəl Fransa KİV-ləri "Renault"nun Ukraynada pilotsuz uçuş aparatları istehsal etməyi planlaşdırdığını yazıblar.
Baxış sayı:58
Bu xəbər 11 İyun 2025 08:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















