Icma.az
close
up
RU
Rusiyalı ekspert Qərbin 2025ci ildə Cənubi Qafqazla bağlı gizli planlarını açıqladı MÜSAHİBƏ

Rusiyalı ekspert Qərbin 2025ci ildə Cənubi Qafqazla bağlı gizli planlarını açıqladı MÜSAHİBƏ

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Moskva-Baku” portalına müsahibəsində Qərbin 2025-ci ildə Cənubi Qafqazla bağlı planlarını açıqlayıb. Müsahibəni oxucularımıza təqdim edirik.

- Ermənistan və Fransa son günlər hərbi əməkdaşlıqla bağlı təmasları intensivləşdirib. Bu nə ilə bağlıdır?

- Biz Fransa-Ermənistan qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin növbəti mərhələsini görürük. Bu siyasəti ilk növbədə iki ölkənin siyasi elitası, yüksək vəzifəli şəxsləri həyata keçirir və burada prinsipcə təəccüblü heç nə yoxdur. Fransa Ermənistanın strateji hərbi və hərbi-texniki tərəfdaşıdır. Və təbii ki, bu yolla Rusiyanı ordan sıxışdırıb, Ermənistana yerləşməyə çalışırlar. Paşinyanın KTMT-dən rəsmən çıxmasına mane olan yeganə şey Rusiya Federasiyasının sanksiyalar şəklində iqtisadi cavab tədbirləri görəcəyindən qorxmasıdır. Prinsipcə, Ermənistanla KTMT arasında bütün körpülər yandırılıb, İrəvanın Qərbə istiqamətlənməsi stratejidir və hazırkı erməni quruluşunun seçimidir. Və buna heç bir şübhə yoxdur.

Ermənistan və Fransanın hərbi idarələri arasında fəaliyyət faktına gəlincə, Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan ilk dəfə deyil ki, Parisdədir. Söhbət iki ölkənin hərbi inteqrasiyasının gücləndirilməsindən, ilk növbədə Fransanın hərbi texnologiyalarına əsaslanan Ermənistan Respublikası üçün hava hücumundan müdafiə sisteminin yaradılmasından və müvafiq silahların– zenit-raket komplekslərinin və hava məkanına nəzarət radarlarının tədarükündən gedir.

Müvafiq olaraq, mütəxəssislər hazırlanır, müvafiq planlar hazırlanıb və razılaşdırılıb, xüsusi xidmət orqanları arasında əməkdaşlıq fəal şəkildə inkişaf edir- qapalı sənədlər imzalanıb, bu məlumdur. Əvvəlki dövrdə Fransanın xarici kəşfiyyat xidməti Ermənistan kəşfiyyat xidmətləri ilə Cənubi Qafqazdakı vəziyyət və daha geniş kontekstdə peykdən çəkilmiş görüntülərin təqdimatı ilə bağlı fikir mübadiləsi aparmaq üçün fəal şəkildə qarşılıqlı əlaqədə olub. Paris bu gün Ermənistanı Azərbaycan, Türkiyə, İran, Rusiya və regiondakı vəziyyətlə bağlı bütün lazımi kəşfiyyat məlumatları ilə təmin edir. De-fakto, erməni kəşfiyyat xidmətlərinə fransızların əldə etdiyi müəyyən həcmdə kəşfiyyat məlumatları verilir.

- Azərbaycan prezidentinin köməkçisi Fransanın Ermənistana verdiyi hansı ölümcül silahlardan danışıb?

- Hazırda konkret məqamlar barədə danışmaq çətindir... Ermənistanla birlikdə istifadəyə verilən Fransanın hava hücumundan müdafiə sistemləri erməni elitasının məsuliyyətsiz davranışı ucbatından mülki təyyarələrə təhlükə yarada bilər. Ümumiyyətlə, Ermənistan üzərində Qərb texnologiyalarına əsaslanan, müvafiq sistemli məlumat ötürmə vasitələri ilə NATO hava hücumundan müdafiə bölməsinin yerləşdirilməsinin regionun təhlükəsizliyinə təhdid olduğu aydındır. Qərbin hava hücumundan müdafiə çətiri Ermənistanda yerləşdirildikdən sonra orada hər an xarici hərbi bazaların, regiondankənar oyunçuların- Fransanın, ola bilsin ki, Avropa İttifaqının bazalarının quraşdırılmasını görə bilərik. Bunun üçün maddi baza hazırlanır. Qərbin hərbi mövcudluğu üçün ən vacib şərt Ermənistan üzərində Qərbin hava hücumundan müdafiə “çətiri”dir. Ona görə də bütün bunlar mərhələ-mərhələ həyata keçiriləcək.

- Fransanın “fəaliyyətindən” əvvəl Ermənistanın müdafiə naziri ABŞ-da Pentaqonun rəhbəri ilə görüşüb.

- ABŞ həm də Ermənistanın Qərbə yönləndirilməsinin əsas iştirakçılarından biridir. Buna görə də, bəli, Pentaqon vasitəsilə Amerika hərbi missiyası Ermənistanın Müdafiə Nazirliyində işləyir, ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat şöbəsi Ermənistan silahlı qüvvələrinin baş qərargahının müvafiq kəşfiyyat idarəsi ilə fəal qarşılıqlı əlaqədə olur, məlumat mübadiləsi aparır, erməni hərbçiləri isə hazırlanır. Gələcəkdə Amerika silahlarının tədarükü olacaq. Yəni hər şey tam sürətlə gedir.

- Bir çoxları deyir ki, Tramp Cənubi Qafqaza diqqətini azaldacaq...

- Tramp Cənubi Qafqaza diqqətini azalda bilər, amma ABŞ-da Zaqafqaziyaya diqqət yetirən nüfuzlu erməni lobbisi kimi amil var. Ona görə də unutmayaq ki, Makron Paşinyanı necə hər yerdə irəli itələyir, onu “öz adamı” kimi təqdim edir və Trampın gözündə onu belə “Amerikanın qeyri-qanuni oğlu”, sadiq Amerika silahdaşı kimi təqdim etməyə çalışır. Ona görə də ekspertlər hesab edirlər ki, Fransa Ermənistanla ABŞ, Ermənistan və bütövlükdə Qərb arasında münasibətlərdə hələ də öz mənfi rolunu oynayacaq, İrəvanı uçuruma aparacaq. Odur ki, Tramp Cənubi Qafqazı vecinə almaya bilər, amma erməni lobbisi gələcək Tramp administrasiyası üçün hər zaman fürsət tapacaq ki, ermənipərəst mövqeyə diqqət artırsın və onu Cənubi Qafqaza münasibətdə formalaşdırsın.

- Fransa Xarici İşlər Nazirliyinin rəhbəri bunun fonunda Aİ-də Avropa İttifaqı ilə Ermənistanın yaxınlaşması ideyasını irəli sürəcəyini deməyib.

- Artıq yaxınlaşırlar. Digər məsələ odur ki, Ermənistan heç vaxt Avropa İttifaqına qəbul edilməyəcək. Çünki Aİ-də parazitlər, əli uzanılı dilənçilər heç kimə lazım deyil. Ona görə də dostluq dostluqdur, iş işdir. Məsələn, Türkiyə və Gürcüstan Avropa İttifaqına qəbul edilmir. Qərbə Ermənistan troya atı kimi alver vasitəsi kimi lazımdır- ilk növbədə anti-Rusiya və anti-Azərbaycan formasında. Ona görə də Qərb Ermənistandan istifadəni davam etdirəcək və ona “kökə yedirəcək” və vəd edəcək ki, Ermənistan nə vaxtsa “mütləq” Aİ-yə daxil olacaq, amma reallıqda heç vaxt qəbul edilməyəcək.

- Yəni Qərbin Ermənistanı silahlandırmaq və Cənubi Qafqazdan anti-Rusiya aləti kimi istifadə etmək cəhdləri ilə bağlı ehtirasların intensivliyinin hansısa yolla azalacağını gözləməyə dəyərmi?

- Qərb Ermənistanı silahlandırmaqda davam edəcək və tədarükdən imtina olmayacaq. İllüziyalar olmamalıdır. Ermənistan Cənubi Qafqazda Qərbin fitnəkar və troya atı rolunu oynamağa öyrədilir. Nəticədə Ermənistana yenidən NATO “dişləri” veriləcək. Ermənistan ya güzəştli sxemlərlə, ya da hərbi yardım çərçivəsində silah alacaq, ona görə də bu proses davamlı olaraq davam edəcək. Fransa, ABŞ və Hollandiyanın yenidən Ermənistana hərbi güc qazandırmağa çalışacağı şübhəsizdir.

Görünən odur ki, Ermənistana silah-sursat, xüsusən də operativ-taktiki sistemlər verilməsi məsələsində Hindistanın da əli olacaq ki, Ermənistan uzaqmənzilli raket zərbələri endirmək imkanına malik olsun. Onları kimə vuracaq, kimi hədələyəcək- burada heç kimin sualı yoxdur.

- Ermənistan KTMT-dən çıxsa, deyək ki, gələn il Rusiya Ermənistana qarşı sanksiyalar tətbiq edəcəkmi?

- Rusiyada belə bir sual yaranır. Amma problem ondadır ki, bununla bağlı Rusiyada müxtəlif güc mərkəzləri işləyəcək, onlar Ermənistanla bağlı bu və ya digər həll yolu təklif edəcəklər. Deməyə ehtiyac yoxdur ki, bizim Rusiyada müxtəlif siyasi “qüllələrimiz” var, bizim həddən artıq fəal və nüfuzlu erməni lobbisi var ki, bu da Ermənistanın Rusiyaya qarşı sanksiyalarının əleyhinə olacaq. Bu gün aydın heç nə yoxdur. Ekspert baxışından qəti şəkildə deyə bilərəm ki, öz xarici siyasəti ilə Rusiyanın xarici təhlükəsizliyinə təhdid yaradan, KTMT-yə siyasi və hərbi ziyan vuranlara qarşı sanksiyalar tətbiq edilməlidir. Bunun olub-olmayacağı müzakirə mövzusudur, amma bu mübarizə aparılacaq.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Dekabr 2024 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see187

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see152

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see149

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see139

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see138

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see134

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see133

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see133

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see131

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see130

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see127

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see127

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see125

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see121

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see120

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see120

Rusiya FTX nin Əli Kərimliyə sifarişi: Saleh Rüstəmli vasitəçillik edib

30 Noyabr 2025 14:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri