Rusiyalı məmurdan qəribə təklif: Moskvada şəxsi avtomobilini sürmək pullu olacaq?
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya paytaxtı Moskvada şəxsi avtomobil sürmək pullu xidmətə çevrilə bilər.
Oxu.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, Rusiya Federasiyası Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Mixail Blinkin belə bir təkliflə çıxış edib.
O, yollarda tıxac probleminin bu yolla həll edilməsini təklif edib.
"Mənim hər kilometrimi çox asanlıqla hesablamaq olar. Tutaq ki, mən müəyyən məsafə qət etmişəm və buna görə də mənə elektrik enerjisindən istifadəyə görə yazıldığı kimi, hesab yazacaqlar", - deyə o, fikrini ifadə edib.
Mixail Blinkin, həmçinin qeyd edib ki, eyni zamanda, tarif günün vaxtından və yolda nəqliyyatın sıxlığından asılı olacaq. Onun sözlərinə görə, belə bir tədbir artıq indi tətbiq oluna bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 29 Avqust 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















