Rusiyalı milyarder saxlanıldı − Fırıldaqçılıqda şübhəli bilinir
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
EFKO yağ şirkətlər qrupunun direktorlar şurasının sədri və əsas səhmdarı Valeri Kustov Moskvada irimiqyaslı fırıldaqçılıqda şübhəli bilinərək saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə RBC mənbələrə istinadən məlumat yayıb.
EFKO Qrupunun baş direktoru Yevgeni Lyaşenko da Kustovla birlikdə saxlanılıb. Müstəntiqlər onların həbsini tələb edirlər.
Daha əvvəl bu işdə EFKO-nun inkişaf üzrə direktor müavini Yekaterina Kustova və qrupun idarəetmə şirkətinin strateji inkişaf üzrə direktoru Vladislav Romantsevin adı çəkilib. Məhkəmə dünən onlar barəsində həbs qətimkan tədbiri seçib.
RBC mənbələrinə görə, təhlükəsizlik qüvvələrinin iddiaları pilotsuz nəqliyyat vasitələrinin hazırlanması üzrə “Gələcəyin Nəqliyyatı” layihəsi ilə bağlıdır. Layihənin baş direktoru və Samara vilayətinin qubernatorunun keçmiş müşaviri Yuri Kozarenko əvvəllər eyni istintaq çərçivəsində həbs olunub.
Bundan əlavə, Rusiya Sənaye və Ticarət Nazirliyinin Pilotsuz Sistemlər və Robototexnika Departamentinin müdir müavini Alla Polovçenya “Gələcəyin Nəqliyyatı” layihəsi ilə bağlı mənimsəmə ittihamı ilə məhkəməyəqədər həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, Valeri Kustov “Forbes 2026 rus milyarderləri” siyahısında 144-cü yerdədir. Nəşr onun xalis sərvətini 1,1 milyard dollar qiymətləndirir.
EFKO Şirkətlər Qrupu, digər məhsullar arasında yağ və mayonez üzrə ixtisaslaşmış Rusiyadakı ən böyük qida istehsalçılarından biridir. EFKO “Sloboda”, “Altero”, “DeOlio” və “Fresh” brendləri altında məhsullar istehsal edir və 2025-ci ildə bitki yağı istehsalçısı “Oleyna” şirkətini satın alıb.
“Gələcəyin Nəqliyyatı” layihəsi 2021-ci ildən mövcuddur. Əvvəlcə EFKO-nun iştirakı ilə yaradılan layihə sonradan müstəqil bir şirkətə çevrildi. 2023-cü ildə layihə Tolyatti xüsusi iqtisadi zonasında pilotsuz uçuş aparatları istehsalı zavodunun birinci mərhələsini işə saldı.
Bu mövzuda digər xəbərlər:Qalmaqal: “Barselona”nın əfsanəsi fırıldaqçılıqda şübhəli bilinir
12 Noyabr 2025 10:36
Peru prokurorluğu İnyestanı fırıldaqçılıqda şübhəli bilir
10 Noyabr 2025 23:28
İtaliya Amazonu 1,2 milyard avro fırıldaqçılıqda şübhəli BİLİR
14 Fevral 2025 21:59
İndoneziyada fırıldaqçılıqda şübhəli bilinən 13 Yaponiya vətəndaşı saxlanılıb
05 Mart 2026 13:22
Rusiyalı generalın ölümündə şübhəli bilinən şəxs saxlanıldı
26 Aprel 2025 19:53
Baxış sayı:163
Bu xəbər 30 İyul 2026 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















