Rusiyalı milyarder yol qəzasında həlak oldu
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyalı milyarder Mixail Smirnov Leninqrad vilayətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
"Unikal" bu barədə xarici mediaya istinadla xəbər verir.
Smirnov şirkətin direktorlar şurasının sədri olub.
Ölümlə nəticələnən qəza faktı ilə bağlı polis araşdırma aparır.
1972-ci il təvəllüdlü Smirnov “Triumph” markalı motosikleti idarə edərkən sükanı idarəetmədən çıxarıb, qarşı hərəkət zolağına keçib və orada “Haval” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü təcili tibbi yardım gələnədək həyatını itirib.
Mixail Smirnovun gələn ay 54 yaşı tamam olacaqdı. İş adamı “Baltik Yanacaq Şirkəti” MMC-nin ortaq sahiblərindən biri olub. BTK neft məhsullarının ixracı ilə məşğul olan bir neçə şirkəti birləşdirir.
Rusiyalı jurnalistlər 2024-cü ildə Smirnovu Rusiyanın “Milyarderlər reytinqi”ndə 108-ci yerə layiq görərək onun sərvətini 7,79 milyard rubl (təxminən 179 milyon manat ) qiymətləndiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 21 May 2026 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















