Icma.az
close
up
RU
Rusiyalı politoloq: “Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar”

Rusiyalı politoloq: “Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr əsas mövzulardan birinə çevrilib. 

Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci il Bəyanatında Zəngəzur dəhlizi ilə bağlı öhdəliklər konkret şəkildə əks olunub. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, bu dəhliz açılmalıdır və açılacaq.

Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla birləşdirən strateji nəqliyyat arteriyasıdır və bölgənin iqtisadi inkişafı, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Ermənistan isə bu dəhlizin açılmasına müqavimət göstərərək, onun üzərində nəzarəti öz əlində saxlamaq və ya Qərb güclərinə həvalə etmək istəyir. Bu mövqe nəqliyyatın maneəsiz keçidini təmin etmək üçün üçtərəfli razılaşmaya ziddir.

Daxili siyasi xaos, Ermənistan hakimiyyəti daxilində bu məsələ ilə bağlı yekdil mövqeyin olmaması, Baş nazir Nikol Paşinyanın bəyanatları ilə digər siyasi və hərbi liderlərin mövqeləri arasında ziddiyyət yaradır.  

“MediaHub” nəşrinə müsahibə verən Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan "Ermənistan müharibəyə hazır olmalıdır",- deyərək, bölgədəki gərginliyi artıran fikirlər səsləndirib. 

Bununla belə, Akopyan Ermənistanın zəif hərbi və siyasi mövqeyini də dolayı yolla etiraf edib.

Akopyanın sözlərinə görə, Ermənistanın 9 noyabr Bəyanatında nəzərdə tutulan öhdəlikləri yerinə yetirməməsi Azərbaycanın daha güclü mövqedən çıxış edərək irəliləməsinə səbəb olub. Hərbi-strateji baxımdan Ermənistanın zəifliyi açıq-aşkar görünür. Bununla yanaşı, Ermənistanın daxili siyasətdəki qeyri-sabitliyi və xarici siyasətdə Qərblə Rusiya arasında balans saxlama cəhdləri ölkəni geosiyasi dilemma mərkəzinə salır.

Azərbaycanın mövqeyi aydındır: 10 noyabr Bəyanatında əks olunan şərtlər yerinə yetirilməli, nəqliyyat dəhlizləri açılmalı və regionun gələcək inkişafı üçün qarşılıqlı faydalı əməkdaşlıq təmin edilməlidir. Azərbaycan qalib ölkə kimi regionda sülhün və sabitliyin əsas təminatçısı rolunda çıxış edir.

Rusiyalı politoloq Darya Qrevsova mövzu ilə bağlı  “Cebheinfo.az”- a bildirib ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması ilə bağlı açıq danışıb, çünki bu, Azərbaycanın əsas strateji obyektlərindən biri və mühüm nəqliyyat arteriyasıdır: 

"Bu dəhliz Azərbaycanının digər bölgələrini Ermənistan ərazisindən keçərək Naxçıvanla birləşdirir.  Ölkəsi üçün strateji əhəmiyyətli maraqları müdafiə edən başqa siyasətçilər də var. 

Məsələn, Donald Tramp Panama kanalı haqqında danışaraq dünyaya nümayiş etdirir ki, öz xalqının və dövlətinin mühüm nəqliyyat arteriyalarını qorumaq necə vacibdir. Bilirsiniz ki, Panama kanalını amerikalılar tikib və o, Sakit okeanla Atlantik okeanını birləşdirir. Təbii ki, bu, ABŞ üçün çox mühüm kommunikasiya vasitəsidir. 

Azərbaycan üçün Zəngəzur dəhlizi bundan heç də az əhəmiyyət daşımır, hətta daha da əhəmiyyətlidir. Ermənistan bunu anlamaq və dərk etmək məcburiyyətindədir. Bunu nə qədər tez bunu dərk edərsə, Zəngəzur dəhlizinin açılması ilə bağlı bir çox məsələlərin həlli bir o qədər asan və sakit olacaq".

Politoloq qeyd edib ki, əvvəlki üçtərəfli razılaşma çərçivəsində Ermənistan Zəngəzur dəhlizinə nəzarətin rus sərhədçiləri tərəfindən həyata keçirilməsi məsələsinə razılaşmışdı: 

“Təəssüf ki, Nikol Paşinyan indi bunu inkar edir və istəmir. O, bu dəhlizə ya Ermənistanın, ya da Qərb dövlətlərinin nəzarət etməsini istəyir. Əslində, Qərb də bunu qəbul etməyə hazırdır. Amma Azərbaycan yaxşı başa düşür ki, əgər bu keçidə ermənilər və ya ermənilərə dost olan ölkələr nəzarət edərsə, gələcəkdə ciddi problemlər yarana bilər. Yüklərə və sərnişinlərə qarşı əsassız yoxlamalar keçirilə, nəticədə Azərbaycan həmin dövlətlərdən və Ermənistandan asılı vəziyyətə düşə bilər. Buna görə də Azərbaycan bunu qəbul etmir.

Azərbaycan qalib ölkə kimi həm öz, həm də hər iki ölkənin xeyrinə olacaq variantlar təklif edir. Kommunikasiyaların açılması sülh müqaviləsinin imzalanmasına aparan vacib addımlardan biridir."

Ekspert sonda bildirib ki, "Müharibəyə hazırlaşmaq lazımdır" açıqlamaları Azərbaycanı qorxutmaq və ya  güc nümayiş etdirmək cəhdidir:

"Amma bu cəhdlər nəticəsiz qalacaq, çünki hamı çox yaxşı bilir ki,  həqiqət Azərbaycanın tərəfindədir. Bu vəziyyətdə Ermənistan sadəcə qalib ölkə ilə hesablaşmaq məcburiyyətindədir. Əks halda, yeni bir müharibə başlayarsa, onlar yenidən məğlub olacaqlar."

Səbinə Uğur
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Yanvar 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri