Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Rusiyalı politoloq Zəngəzur dəhlizinin əhəmiyyətindən danışdı

Rusiyalı politoloq Zəngəzur dəhlizinin əhəmiyyətindən danışdı

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə Zəngəzur dəhlizinin region üçün strateji əhəmiyyətini xüsusi vurğulaması beynəlxalq müstəvidə geniş rezonans doğurub.

Dövlət başçısı qeyd edib ki, bu dəhliz təkcə Şərq-Qərb marşrutu deyil, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizinin mühüm tamamlayıcı qolu kimi çıxış edəcək. Bununla Azərbaycan yalnız regional deyil, qlobal nəqliyyat xəritəsində də yeni imkanların formalaşmasına töhfə verir.

Maraqlı məqamlardan biri isə budur ki, Prezident İlham Əliyev çıxışında həm İran, həm də Ermənistan istiqamətində potensial nəqliyyat xətlərini şərh etməklə, Azərbaycanın hər iki istiqamətdə çevik alternativlərə sahib olduğunu nümayiş etdirdi. Bu Zəngəzur dəhlizinin bölgədəki geoiqtisadi balans üçün əlavə üstünlüklər yaratdığını göstərir.

Analitiklərin qənaətinə görə, məhz bu məqam Rusiya üçün də strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. Moskva uzunmüddətli perspektivdə həm “Şimal-Cənub”, həm də “Şərq-Qərb” dəhlizlərində Azərbaycanın mərkəzi tranzit rolu ilə hesablaşmalı olacaq.

Bu isə regiondakı yeni nəqliyyat konfiqurasiyasının yalnız iqtisadi deyil, həm də siyasi təsirləri olacağını göstərir. Beləliklə, Prezident İlham Əliyevin açıqlamaları həm region ölkələrinə, həm də böyük güclərə mesaj xarakteri daşıyır: Azərbaycan nəqliyyat-kommunikasiya siyasətində strateji mərkəz mövqeyini möhkəmləndirir və heç bir güc bu prosesin qarşısını ala bilmir.

Bununla bağı rusiyalı politoloq da maraqlı fikirlər səsləndirib.

Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, siyasi ekspert Dmitri Solonnikov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Zəngəzur dəhlizi layihəsi Cənubi Qafqaz ölkələri üçün mühüm iqtisadi və geosiyasi imkanlar yarada bilər:

“Əgər bu dəhlizin idarə olunması region dövlətlərinin ortaq nəzarətində olsa, onun həm nəqliyyat-logistika, həm də investisiya baxımından böyük perspektivləri olacaq”.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi əvvəlcə Cənubi Qafqazın əsas nəqliyyat arteriyalarından biri kimi nəzərdən keçirilirdi:

“Zəngəzur dəhliz həm Transxəzər beynəlxalq nəqliyyat marşrutunun - Çindən başlayaraq Mərkəzi Asiya ölkələri və Azərbaycan vasitəsilə Aralıq dənizi və Avropaya çıxışı təmin edən yolun bir hissəsi, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizinin qolu ola bilər. Bu marşrut vasitəsilə Rusiya limanlarından Xəzər və Azərbaycan üzərindən İrana, Fars körfəzinə, daha sonra isə Hindistana, Afrikaya və Çinə çıxış əldə etmək mümkündür”.

Politoloq vurğulayıb ki, bu layihələrin əsas ideyası ABŞ və Böyük Britaniyanın nəzarətindən kənarda yeni qlobal ticarət yolları yaratmaqdan ibarət idi:

“Anglosakson dünyasının əsas geosiyasi strategiyası qlobal nəqliyyat-kommunikasiya xətlərinə nəzarəti ələ almaqdır. Panama, Süveyş kanalları, Malakka boğazı üzərində nəzarət bunun bariz nümunəsidir. Avrasiyada yeni kommunikasiya xətləri yaratmaq ideyası məhz bu nəzarətdən çıxmaq məqsədini daşıyırdı”.

Onun fikrincə, əgər dəhlizin idarəetməsi region ölkələrinin, yəni “3+3” formatında əməkdaşlıq edən dövlətlərin əlində olsa, bu layihə bütün tərəflər üçün strateji əhəmiyyət daşıya bilər:

“Belə halda dövlətlər ortaq şirkətlər yarada, investisiya cəlb edə, birgə infrastruktur layihələri həyata keçirə bilərlər. Bu, sadəcə nəqliyyat-logistika deyil, həm də geniş investisiya imkanları yaradan layihədir”.

Ekspert qeyd edib ki, əgər layihəyə regionla birbaşa bağlılığı olmayan dövlətlər, xüsusilə ABŞ qoşularsa, bu, onun dəyərini azaldacaq:

“İran prinsipial olaraq ABŞ-la ortaq layihələrdə iştirak etməyəcək. Rusiya da mövcud şəraitdə ABŞ nəzarətində olan dəhlizdə sərmayə yatırmayacaq. Bu, layihənin strateji maraqlarını zəiflədər. Hazırda Zəngəzur dəhlizinin açılması vacib və aktualdır.

Lakin əsas məsələ onun idarəetmə mexanizmidir. Əgər layihə region ölkələrinin ortaq əməkdaşlığı çərçivəsində həyata keçirilərsə, bu, Cənubi Qafqaz üçün böyük iqtisadi və siyasi imkanlar yaradacaq. Əks halda, onun strateji dəyəri ciddi şəkildə azalacaq”.

Səbinə Uğur
"Cebheinfo.az"

Açar sözlər: Zəngəzur dəhlizi Dmitri Solonnikov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Avqust 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see186

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see144

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see144

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see140

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see132

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri